“Azərbaycan Rusiyadan regional təhlükəsizliyi təhvil almağa hazırlaşır” - Siyasi ekspert

“Azərbaycan Cənubi Qafqazda regionun təhlükəsizliyini üzərinə götürəcək qədər güclü dövlətdir”.

Bu fikirləri Metbuat.az-a siyasi şərhçi Qədir Aslan deyib. O bildirib ki, Azərbaycan yaxın 50-100 il müddətində bu məhsuliyyəti effektiv, funksional formada idarə edəcək potensiala malikdir:

Bakıdan Zəngəzur dəhlizi ilə bağlı qəti mövqe - Proses sürətlənir...

“Azərbaycanın həm hərbi, həm maliyyə resursları, həm investisiya cəlbediciliyi və demoqrafik quruluşu imkan verir ki, Rusiyadan 200 ilə yaxındır qurduğu təhlükəsizlik mexanizmini təhvil alsın. Hazırda Rusiyanın Cənubi Qafqazdan neytrallaşdırılması prosesi gedir. Burada obyektiv və subyektiv səbəblər var. Azərbaycan da apardığı siyasətlə Rusiyanın buradan neytrallaşdırılıb çıxarılmasında çox böyük rol oynayır. Düzdür, bu barədə diplomatik səviyyədə məlumatlar verilməsə də, görünən odur ki, Azərbaycan da əməli iş aparır. Bunun bariz nümunəsi kimi Ermənistan-Rusiya arasında olan münasibətləri göstərə bilərik. Ermənistan-Rusiya siyasətinin sürətini Azərbaycan əhəmiyyətli dərəcədə tormozlayıb, onu başqa bir məcraya yönəldir”.

Siyasi şərhçi bu məsələ ilə bağlı müəyyən boşluqların olduğunu xatırladaraq qeyd edib ki, narahatlığa əsas yoxdur, çünki rəsmi Bakı “ev tapşırığı”nı edib:

“Amma bu tapşırıqda həll edilməyən bəndlər də var. Azərbaycan daxilində iqtisadi-siyasi, ictimai prosesləri yeni bir mərhələyə daşımaq lazımdır. Azərbaycan dünyanın açar rolunu oynayan regionlardan biri olan Cənubi Qafqazda ən böyük gərginlik mənbəyini aradan qaldırıb. Hesab edirəm ki, müasir dünyanın şəkillənməsi, yeni dünya nizamına keçməsində Azərbaycanın rolu çox böyükdür, danılmazdır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR