Azərbaycanda dəhşətli olay: canavarın parçaladığı gənc oğlan öldü

Azərbaycanda dəhşətli olay: canavarın parçaladığı gənc oğlan öldü
12:04 28 Yanvar 2015
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Hadisə Salyan rayonunda baş verib

Salyanda bir-neçə gün əvvəl mal-qara otararkən canavar hücumuna məruz qalan 22 yaşlı rayon sakini dünyasını dəyişib. APA TV-nin xəbərinə görə, hadisə Salyan rayonunun ərazisində baş verib. Rayonun Qırxçıraq yaşayış massivinin sakini, ailəsi heyvandarlıqla məşğul olan 22 yaşlı Raqif Mirzəyev yataqdan bir qədər aralıda mal-qara otararkən canavar qoyun sürüsünə hücum edib. Canavar sürüyə hücum edən zaman coban iti ilə savaşıb. Raqif Mirzəyev canavarı vurmaq istəyərkən əlinin dişlənildiyi görüb. Amma onu itin, yoxsa canavarın dişlədiyini bilməyib. O, buna bir o qədər də ciddi yanaşmadığından bir neçə gün sonra səhhətində problemlər yaranıb. Yalnız bundan sonra quduzluğa qarşı müalicələr aparılıb. Lakin vəziyyəti günü-gündən ağırlaşdığından Raqif Mirzəyev Bakıya aparılıb və orada dünyasını dəyişib. Hətta qonşuları da onun ölümündən sonra hadisədən xəbər tutublar.

 

Salyan rayon yoluxucu xəstəliklər şöbəsindən bildirilib ki, şöbəyə belə bir xəstə gətirilməyib. Baytarlıq İdarəsinə də hadisə ilə bağlı məlumat verilməyib. Raqif Mirzəyevin səhhəti ağırlaşanda ailəsi əsl həqiqəti açıb söyləyib. Onda isə artıq gec olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191704

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR