İdmançı Kamran: "İdman işdən üstündür" - FOTO

İdmançı Kamran: "İdman işdən üstündür" - FOTO
12:17 28 Yanvar 2015
548 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Gündə 4 saat zalda məşq edirəm. İdmanla çox ciddi şəkildə məşğul oluram və bu səbəbdən də səhər 9-da başlayıb axşam 5-də başa çatan iş rejimi mənimçün maraqsızdır. Dövlət mənim kimi insanların yaşamını nəzərə almalı, müvafiq iş rejimini tətbiq etməlidir".

Muay-tay, karate, boksdan sonra kunq-fu ilə məşğul olan 25 yaşlı Kamran Kam "normal" sayılan iş rejiminin onun üçün əlverişsiz olduğunu deyib.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Londonun şərqində yaşayan Kamran işdən çıxıb. O, işə getmək üçün hər gün qatarda 4 saat keçirdiyini söyləyərək belə rejimin mənasız, zərərli olduğunu vurğulayıb.
 
"Dövlətə mənim kimi sağlam insanlar sərfəlidir. Çünki xəstə, izafi çəkili insanlarla bağlı səhiyyə sisteminin xərcləri mənim təki adamların ehtiyaclarının təminatından daha çoxdur. Dövlətin bunu düşünməsinin vaxtı çatıb. Səhərdən axşamadək ofisdə çalışmaq istəmirəm", - Kamran Kam deyib.
 
Hazırda işsizlik müavinəti qismində həftədə 72,5 funt-sterlinq alan Kamran iş axtarmadığını da söyləyib.
 
Milli.Az
 









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/321335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR