Şahanə Müşfiq

Köşə yazarı

17:52 30 Mart 2017 4976
A- A+

Öpüşməkdən o tərəfə

Bir gün dostu Molla Nəsrəddini aldatmaq məqsədilə deyir:

  • Molla, ora bax, plov aparırlar.
  • Mənə nə?
  • Sizə aparırlar.
  • Molla deyir:
  • Yaxşı, bəs onda sənə nə?


Deyim ki, bir millət olaraq, gündəmi dəyişmək və dəyişən gündəmlərə adaptasiya olmaq bacarığımızın tayı-bərabəri yoxdur. Elə qulağımız səsdədir ki, biri bir səhv buraxsın, bizim də Allahımızdandır axı, əlimizə mövzu düşə, komputerin arxasında tum çırtlaya-çırtlaya başlayaq həmin adama həyat dərsi keçməyə. Xub!

Dünəndən etibarən sosial şəbəkədə bir öpüşmək rüzgarı əsir ki, heç qarşısında köklü-köməcli ağaclar da tab gətirməz, o ki qala insan. Xəbərə görə, dünən beyni dumanlı iki gənc metroda, elə camaatın gözü önündəcə hisslərinə yenilib, öpüşüblər. Bu hadisəyə övladlarının da şahid olmasından qəzəblənən bir ağsaqqal da onlara çox sərt reaksiya verib. Elə buna da xub!

İndi bu hadisə bütün sosial şəbəkəni bölüb iki yerə: bir qisim o öpüşən gənclərə haqq qazandırır, hətta bunu mədəniyyətimizdə “uzağa tullanma” kimi qəbul edib, bu tullanmaqla Avropanın düz qucağına düşəcəyimizə ümid də bəsləyir. Digər bir qisim isə mentalitet, namus, əxlaq, böyük-kiçik, “camaatın anası-bacısı” məsələlərini əllərinə bayraq edib düşüblər sosial şəbəkələrin canına... Nə olar ki, hərənin öz fikri var. Belə baxanda metroda öpüşən o gənclər də haqlıdır, onlara qarşı çıxan o ağsaqqal da, onları məsələyə çevirən məsləhətbazlar da...

Ancaq gəlin, məsələyə tərləmiş pəncərənin paltarımızın qolu ilə sildiyimiz kiçik hissəsindən yox, daha geniş məkandan baxaq, məsələn, elə pəncərəni açaraq...

Bu yerdə yadıma bir hadisə düşdü. Təxminən iki il bundan öncə, yay vaxtı parkda gəzərkən yekəqarın bir kişinin yolun ortasında, camaatın içindəcə bir qadını sözün əsl mənasında sürüdüyünün şahidi oldum. Qəzəblənmiş kişi qadını dilimizin ən iyrənc sözləri, ən pis söyüşləri ilə təhqir edir, saçından, köynəyinin ətəyindən tutub sürüyür, başına qapaz, yanına təpiklər də ilişdirirdi. Ətraf isə adam qaynayırdı. Cavanı da vardı, qocası da, kişi də vardı, qadın da, hətta yanında uşaqları olan valideynlər də... Hamı qıraqda dayanıb bu dəhşəti soyuqqanlı şəkildə izləyirdi. Hələ telefonun kamerasına çəkən də oldu, nəyinə lazım idi, sonra o video ilə nə etdi bilmirəm, amma polisə vermədiyinə əminəm. Ümumiyyətlə, polisə xəbər etmək, ya da ən yaxşı halda döyülən qadını kişinin əlindən almaq, müdaxilə etmək kimsənin ağlına da gəlmədi. Öz aralarında “bu arvadın görən nə zibili var ki, kişi bunu belə döyür” deyənlər də az olmadı.

Bu hadisəni boş yerə xatırlamadım. Əlbəttə, mən ictimai yerdə öpüşməyi müdafiə etmirəm, nə də bunu “mədəniyyət sıçrayışı” kimi qəbul edənlərdənəm. Elə hisslər, elə duyğular var ki, iki nəfər arasında özəl qalsa, daha gözəl olar. Ancaq təqdir etmədiyimiz hadisəyə sillə-təpiklə, təhqirlə reaksiya göstərmək nə dərəcədə doğrudur? Əgər bu cür reaksiya verməyi bacarırıqsa, belə əxlaq-namus dərdi çəkəniksə, niyə bir kişi qadınını döyəndə yox, öpəndə oyanır qeyrətimiz? Yoxsa, gücümüz ancaq on yeddi yaşlı gənclərə çatır, ya da o qədər sevgisizləşmişik ki, sevgi görəndə qıcıqlanırıq?

Məncə, cəmiyyət olaraq, nəyə necə reaksiya verəcəyimizi hələ də öyrənə bilməmişik. Elə bütün məsələ də məhz bundan başlayır. Diqqətlə baxsaq, görərik ki, bizim öpüşməkdən də o tərəfə bir xeyli tale yüklü problemlərimiz var. Hansı ki, onların yanında iki gəncin öpüşməsi gözə də görünməz, o ki qaldı müzakirə obyekti ola.

Ali məktəbə imtahana hazırlaşarkən həm müəllimlərim, həm valideynlərim, həm də məndən əvvəl imtahandan keçmiş tanışlarım deyərdi ki, suallara cavab verəndə birinci çətinlərdən başla ki, vaxt varkən onları həll et, asanlara onsuz da vaxtın qalacaq. İndi olmazmı ki, biz də cəmiyyətimizin daha çətin problemlərinin həllinə vaxt ayıraq, axı asanlara onsuz da zaman qalacaq..?

ŞAHANƏ MÜŞFİQ

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI

Ölkə mətbuatında bugün »

Müğənni 9 illik həyat yoldaşını boşayıb başqa qızla… - VİDEO

30 May 2017 10:03

Ermənilər mövqelərimizə 13 mərmi atıb

30 May 2017 10:01

Sabiq diktator öldü

30 May 2017 10:01

Bağdadda güclü partlayış

30 May 2017 09:59

Qarabağda döyüşən qadın snayperlər – “AĞ CORABLILAR”

30 May 2017 09:58

Amerikada tanınmış idmançını polis saxladı

30 May 2017 09:57

Məcburi köçkün özünü turnikdən asdı - Bakıda

30 May 2017 09:54

Bakıda oğlan gənc qızın şalvarını cırdı

30 May 2017 09:54

KİV: Rusiyanın ABŞ-dakı səfiri Donald Trampın kürəkəninə gizli rabitə kanalı yaratmağı təklif edib

30 May 2017 09:52

Boşanmalarını toy-bayramla qeyd etdilər - VİDEO - FOTO

30 May 2017 09:52

Moskvada qasırğa: 150 nəfər xəstəxanalara yerləşdirilib

30 May 2017 09:50

İranda 5 min il yaşı olan qəbiristanlıq tapıldı

30 May 2017 09:48

Bakıda avtobus terrorunun yeni qurbanları: bu əhvalatın sonu görünmür…

30 May 2017 09:47

Arda Turandan radikal qərar

30 May 2017 09:47

Dollar sabit qaldı

30 May 2017 09:46

Tanınmış rus teleaparıcı Azərbaycan pomidorunu təriflədi

30 May 2017 09:43

Bakıda 35 yaşlı kişi özünü idman qurğusundan asıb öldürüb

30 May 2017 09:43

İŞİD-ın tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlının cəzası artırılıb

30 May 2017 09:37

Vüsal Qasımlı: "Azərbaycanda faktiki ÜDM potensial ÜDM-dən az olub"

30 May 2017 09:37

Perunun nüfuzlu radiosunda 28 May - Respublika Gününə həsr edilmiş proqram yayımlanıb

30 May 2017 09:36

İsmayıllıda gənc müəllimin dərs metodu internetdə izlənmə rekordu qırır - VİDEO

30 May 2017 09:33

Bu günün VALYUTA MƏZƏNNƏLƏRİ

30 May 2017 09:33

Azərbaycan gözəli sevgilisindən qalmaqallı şəkildə ayrılan türk bəyə namizəd oldu - VİDEO

30 May 2017 09:33

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (30.05.2017)

30 May 2017 09:32

Siyəzəndə 36 yaşlı kişi qatarın altında qaldı

30 May 2017 09:32

Tanınmış jurnalist öldürüldü

30 May 2017 09:31

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

30 May 2017 09:29

Alçanı duza batırıb yemək çox

30 May 2017 09:29

39 yaşlı kişini qatar vurdu

30 May 2017 09:24

Lerikdə 3 geyim mağazası yandı

30 May 2017 09:23

“Qalatasaray”dan səfər qələbəsi

30 May 2017 09:22

"Qəbələ" 8 futbolçudan imtina etdi - RƏSMİ

30 May 2017 09:17

"Barselona"dan təklif alan futbolçudan şok cavab

30 May 2017 09:17

3 geyim mağazası yandı

30 May 2017 09:17

Trampdan MESAJ: "Çin özünü təmkinli aparmağa çalışır" - FOTO

30 May 2017 09:13

Lerikin mərkəzi bazarında yanğın

30 May 2017 09:08

"Qarabağ" qrup ikincisi oldu

30 May 2017 09:07

Türkiyədə qadın deputat həbs edilib

30 May 2017 09:05

Zukerberq ilk sosial şəbəkəsini 10 yaşında yaradıbmış

30 May 2017 09:05

Namazda təkbir deyərkən əlləri yuxarı qaldırmaq vacibdirmi?

30 May 2017 08:57

Dünya şöhrətli idmançı həbs edildi

30 May 2017 08:53

Misir Liviyanı bombaladı

30 May 2017 08:52

"Twitter"də reklam yeni formatda olacaq

30 May 2017 08:52

3 geyim mağazası yanıb

30 May 2017 08:50

Lerikdə bazar yandı

30 May 2017 08:49

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

30 May 2017 08:47

Namazı hansı hallarda pozmaq olar?

30 May 2017 08:47

Rusiyada sərnişin təyyarəsi təcili endi - SƏBƏB?

30 May 2017 08:43

Atəş baş nazirin qulağını batırdı

30 May 2017 08:42

"Instagram" "Facebook"u 400% qabaqlayır

30 May 2017 08:42