Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bürclər



Dolça
21 Yanvar - 19 Fevral

Yüksələn bürc proqnozu

Sizin orijinallıq, ağıl və yaradıcılıq xüsusiyyətləri ilə təchiz edilmiş biri olduğunuzu söyləməliyik. Fərqli istiqamətləriniz ilə dərhal diqqəti çəkirsiniz. Bunun yanında nə vaxt nə edəcəyiniz də çox müəyyən olmur və insanları çaşdırırsınız. Yeniliklər arxasında qaçan və insanlar üçün faydalı bir şeylər etmək istəyən birisiniz. Ağlınıza o qədər güvənirsiniz ki, bunun sonu özünüzü bəyənməyə çatır. Başqa insanların fikirlərini bəyənməyən rəftarınız da gözə dəyir. Sizə qısaca duyğuları ilə deyil amma məntiqi ilə davranan biri deyəcəyik! Yoldaşlıq sizin üçün əhəmiyyətli sayılır. Başqaları ilə birgə işi bacarırsınız. Yenə də insanlar arasından ağıllı və bacarıqlı olanları daha çox bəyənirsiniz. Azadlığınıza düşkünlüyünüzü çox ortaya çıxarmasanız da için-için buna çox əhəmiyyət verdiyiniz aydın olur. Monoton və durğun olan şeylər sonunda sizi sıxmağa başlayır. Sizin ən çox güvən duyduğunuz şey öz ağılınızdır. Başqa birinə ehtiyac duymadan yaşamaq istəyirsiniz. Ancaq zəkası və ağlı sizinkinə uyğun biri ilə yoldaşlıq edəcəyinizi bilirsiniz. Bunun nəticəsində insanları qabiliyyətlərinə görə istifadə etməyi bacararsınız. İstədiyiniz insanı əldə etməyi bacarmanız və istəmədiyiniz insandan uzaqlaşmanız da dostluq baxımından sizin vasvası bir tutuma sahib olduğunuzu izah edir. Siz öyrəndiklərinizi təcrübələrinizlə inkişaf etdirən və bunu cəmiyyətə təqdim edən birisiniz. Elektronika və elm dünyası sizi çəkər. Öyrənmə marağınız sayəsində dərhal hər şeydə müvəffəqiyyətli olarsınız. İstək və arzularınızı gücləndirən faktor inanma vəziyyətinizdir. Bu uğurda həyatınızı belə ortaya qoya bilərsiniz. Amma ətrafdan kafi dəstək ala bilməsəniz dünyaya küsə bilərsiniz. Sizin ən güclü yanlarınızdan biri də insancıl yəni humanist olma bacarığınızdır. İnsanları qorumağı bacararsınız. Humanist olmağınıza rəğmən bir az qısqanc da hesab olunursunuz. Xüsusilə sizi yarışda keçənlərə qarşı içdən bir hirslilik hissetməyiniz mümkündür. Siz başqaları istədi deyə yox, istədiyiniz şəkildə yaşamağı seçərsiniz. Ağılınızla duyğularınızı həmişə iradəniz altında tutmaq bu seçkinin ana oxudur. Pulu sevən bir şəxsiyyətiniz var. Yenə də pulun yığılmaqdan daha əhəmiyyətli funksiyaları olduğunu düşünürsünüz. Pulu qiymətləndirmək və istifadə etmək də sizin bacarıqlarınız içindədir. Siz həyatını, evini və maraq sahələrini asanca dəyişdirən bir insansınız. Sevdiyiniz adama bağlanarsınız. Onsuz da dəyər verdiyiniz adamı sevə bilərsiniz. Hər sahədə olduğu kimi eşqdə də ağlınzdan istifadə etməyi bacaran bir yönünüz vardır. Sizə faydalı olacaq insanı seçərsiniz və duyğularınızın əsiri olmazsınız. Bunun mənası da sizin boş yerə gözəllik və eşq dalınca qaçan biri olmadığınızdır. Sevdiyiniz insan həm ürək həm də beyin dostu olmalıdır. Ailə bağlarına əhəmiyyət verən və xüsusilə anaya bağlılıq göstərən biriniz. Yüksələn Dolça sizə orta bir boy verəcəkdir. Yığcam və güclü bir bədəniniz olmalıdır. Üzünüz uzunsov, gözləriniz tünd boz və ya yaşıl ola bilər. Qadınlara bu xüsusiyyətlər gözəllik və cazibə verəcəkdir. Üz xəttləriniz düz və formalıdır. Dolğun və formalı bədəniniz ilə diqqət çəkərsiniz. Saçların qırmızı rəngə çalar bir tonu ola bilər.


Top news