Bürclər



Əkizlər
22 May - 21 İyun

Yüksələn bürc proqnozu

Sizin üçün ən əhəmiyyətli xüsusiyyət zəkanızı sərgiləməkdir. Son dərəcə pragmatik və sürətli bir zəkanız vardır. Xüsusilə çətin vəziyyətlərdə çox ağıllıca və zamanında həllər taparaq vəziyyəti qurtara bilərsiniz. Bu hadisədə hissləriniz də əhəmiyyətli rol oynayar. Olduğunuz mühitə asanca uyğunlaşa bilərsiniz. Bilmədiyiniz bir mövzuda belə dərhal bir şeylər söyləmək və bir az irəliləmədən sonra da qırx illik mütəxəssis kimi danışmaq sizin üçün çətin deyil. Danışaraq insanların marağını cəlb edirsiniz. Sizə bir az boşboğaz deyilə bilər amma asanca dostlar əldə edə bilirsiniz. Qüsurlu yönünüz isə hərdəmxəyal olmağınızdır. Bir mövzu üzərində uzun müddət maraqlanmaq sizə çətin gəlir. Tez qavradığınız kimi tez də bezirsiniz. Bu səbəblə hər şeyi yükləməyə ehtiyac duymazsınız. Bəzən bir mövzuda qərar verərkən çox fikir dəyişdirərsiniz. Bu da sizi yorğun hala sala bilər. Bu vəziyyət sizi sözünə etibarsız biri də edə bilər. Halbuki sizin qərar verməkdə əziyyət çəkdiyinizi anlaya bilməzlər! Maraq sahəniz və məşğulliyətiniz daima birdən çoxdur. Eyni anda iki işi icra edə bilərsiniz. İki sevgili, iki iş, iki gəlir qapısı ola biləcək kimi. Əliniz də olduqca açıqdır və pul sizin üçün xərclənmək üçün vardır. Siz oxumaq yerinə yaşayaraq öyrənmək istəyirsiniz. Özünüzə xas praktik zəkanızın köməyi ilə asanca öyrənə bilərsiniz və səhərlərə qədər kitab oxumaq lazım deyil. Oxuyarkən ciddi bir maraq göstərməniz gözlənilməməlidir. Bir az oradan bir az bundan sizə kafi gələ bilər. Amma sonunda aldığınız məlumatı satmağı bilirsiniz. Səbirsiz birisiniz və dərinliyinə maraq lazım olan mövzular sizin üçün deyil. Qüsurlu yanlarınız arasında yalan danışmaq və dedi-qodu marağı gözə çarpa bilər. Cüt xarakterli olduğunuzdan sizin üçün qərar vermək çətindir. Açıqcası sizin necə davranacağınızı bilmək çətindir. Asan təsir altında qala bilər və tez bezib imtina edə bilərsiniz. Diqqəti çəkən bir xüsusiyyətiniz də çox hərəkətli olmağınızdır. Sanki yerinizdə dayana bilməzsiniz. Danışarkən belə heç olmazsa əlləriniz oynayır. Qabiliyyətli və yaradıcı olduğunuzdan əl bacarıqlarınız da olduqca çoxdur. Klassik və təkrarlanan davranış sizə uyğun deyil. Hər şeyə qarşı maraq duya bilər və araşdıra bilərsiniz. Mətbuat, nümayişçilik, alverçilik, danışmaq lazım olan işlər, səhnə və ədəbiyyat sahələri sizi çəkər. Sizin çox çox yoldaşınız olacaq amma yaxın dostunuz çox azdır. Heç bir mövzuda məhdudlaşdırmadan xoşlanmazsınız. Fikir müzakirələrinə hər vaxt hazırsınız. Hərəkət meyliniz erkən yaşlanmanıza səbəb ola bilər. Sizin üçün ən böyük maneə hərəkətsiz qalmaqdır. Uzun, incə bir bədəniniz olar. Qollarınız və qıçlarınız da uzunsovdur. Gözləriniz ala və ya açıq rəngli, dəriniz də qarabuğdayı və ya əsmər rənglidir. Əl barmaqlarınız da ümumiyyətlə incə və uzundur. Üzünüz də uzunsov ola bilər amma ətli deyil.