Röya Ayxan
Müğənni
Röyalə Yaqub qızı Nəcəfova
1999 – günümüz
Əməkdar artist
http://royaofficial.com
Məhəllə (film, 2003) (diskotekadakı qız) Yanmış körpülər (film, 2003) (Cavanşirin tanışı) İstanbul tətili (film, 2007) (Ayan) Aktrisa (film, 2011)(tammetrajlı bədii film) - mahnı ifa edən
Yalan sözlər, Qatar, Bilərsənmi, Röyan olum, Nazlı yarım, Ayrılıq olmayaydı, Söylə, Qovuşmaz yolumuz, Cücə, Darıxmışam, Gəl danış, Deyin ona, Nazlı, Gəlmədin, Həsrət nəğməsi, De niyə, Sən oldun, Aldatma, Dön gəl, Yenə yaz gələcək, Mən danışıram rəqsdən, Xatirələr, Dostumsan yoxsa sevgilim, Sənə görə, Bax, Sən və mən, Solğun günlər, Ulduz nağılı, Təkcə səni, Evlisən, Ağla, Unutmaq istədim, Ay ürək, Göndər, Sən getdin, Gəmiçilər, Sene ehtiyacım var, Mən sənsiz, Kesin bilgi, Xeyanet, Baku 2015), Doldur Ürəyimi (2016), Düşürsən tez-tez yada(2016)
Ad,Soyad Röya Ayxan
Yaş 14 İyun 1982 (42 Yaş )
Doğulduğu yer Bakı
Vəzifə Pop müğənnisi
Boy 166
Çəki 55
Yenilənmə tarixi 20-12-2016

Röya Ayxan 1982-ci il iyun ayının 14-də dünyaya gəlib. Bəzi mənbələrdə Ağdam rayonu onun doğum yeri kimi göstərilir, lakin öz sözlərinə görə, Bakıda anadan olub.Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub.

İlk dəfə Vaqif Gərayzadənin W-trio qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub. 2006-cı ildə 698 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib. 2006-cı il sentyabr ayının 15-də Şəfa stadionunda və sentyabr ayının 22-də Milli Parkda solo konserti olub. 2005-ci ildə Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində "Tamaşaçı simpatiyası" nominasiyası üzrə laureat olub. 2006-cı ildə V&V prodüser mərkəzinin keçirdiyi sorğuya əsasən "İlin müğənnisi" və "İlin konserti" nominasiyaları üzrə qalib gəlib.

30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür