Əlikram Bayramov
Müğənni
1989-günümüz
Küsmüşəm, Mən sənin yanına qışda gəlirdim, Neyləyim 2, Sevgi mahnisi (Baladadaşın ilk məhəbbəti filmindən), Yalan deyil, Zalım dostlar, Biləsuvar, Neyləmişəm. Unudub getmə, Alagöz yarım, Azərbaycan, Bu gözəl öldürdü məni, Çıx get, Evlən mənimlə, Gəl apar məni, Gözlə məni gələcəyəm, Günahkarsan, Kiçik qız, Qərib oğlanlar, Mübarəkdir, Niyə gəlmir, Şad olmuşam, Yanan mən olum, Son vida, Bilmirəm, Neyləyim, Sultan yarım, Alça, Azərbaycan qızları, Bu gül, Dalğalar, Evlən mənimlə, Gəl bəri, Gözlər danışır, Xallıda olar (Aşıq mahnısı), Kimim var ki, Qış günəşi (Yeni, 2017), Nazın öldürəcək, Öldü var döndü yox, Təki, sən səslə məni, Yaşamam sənsiz, Çadralı qız, Sarı qız, Ay Ana o qızı al mənim üçün, Bəxt ulduzum, Bu sevgi, Dünyanın gözəli, Evlənmirəm, Gəl, sənə sevmək öyrədim, Gözləyəcəm, Xəzəllərin rəqsi, Küsmüşəm, Mən sənin yanına qışda gəlirdim, Neyləyim 2, Sevgi mahnisi (Baladadaşın ilk məhəbbəti filmindən), Toy olsun, Yaşayıram sənin üçün, Ölərəm Elə, Əminə, Sən də səndə, Ay işığında, Bəylə gəlin toyunda, Canan, Durna qatar, Əlvida, Görüşə gəl, Gözləyir, İcazə ver, Qapımı bağlı saxlama, Mən tənha qaldım, Nə boran, nə tufan (Xalq Mahnısı), Soruşuram Necəsən, Vurulmusam, Yaz Çiçəyim, Ağlayaq bir yerdə ölək bir yerdə, Qayıt, Sübhədək, Ölmərəm daha
Evlidir. 1 övladı, 1 nəvəsi vardır.
http://alikram.az/
Ad,Soyad Əlikram Bayramov
Yaş 23 Dekabr 1968 (56 Yaş )
Doğulduğu yer Biləsuvar
Vəzifə Müğənni
Yenilənmə tarixi 10-01-2017

Əlikram Bayramov 1968-ci il dekabrın 22-də Biləsuvarın Yuxarı Cürəli kəndində anadan olmuşdur. Körpə yaşlarından atasını itirir və keşmə-keşli həyata atılır.

Uşaq yaşlarından musiqiyə həvəsi olduğu üçün, hər zaman züm-zümə edər və bununla da təsəlli tapar və digərlərini də sevindirərdi.

Böyüyüb boya başa çatan Əlikram, cavanlığını hədərə verməyərək, musiqi ilə yaxından tanış olmağa başlayır və öz musiqi qrupunu yaradaraq, xalqının ona rəğbət qazandıracağı mahnıları yazıb, bəstələyir. Nəhayət ki, "Əsrin gözəli" adlı mahnısı ona böyük uğur qazandırır və xalqın sevimlisinə çevrilir.

Hazırda sənətini davam etdirməkdədir.

Cavan yaşlarından başlayaraq, musiqi qrupu yaradır və uzun illər Biləsuvar rayon Mədəniyyət Klubunun müdiri vəzifəsində çalışır. 1989-cu ildən toy-şadlıq məclislərinə dəvətləri almağa başlayır.

1997 ci ildə Biləsuvar rayonunda Cəbrayıl Qaçqın şəhərciyində konsert zamanı Ümummilli lider Heydər Əliyevin nəzərindən qaçmayan Əlikram Bayramov, sonradan paytaxta yollanılır və bir çox bəstəkar və şairlərlə birgə iş birliyinə başlayır.

Professional səhnəyə 1997-ci ildə başlayaraq, xalq qarşısında ilk dəfə Zemfira Əlişqızının yaradıcılıq konsertində çıxış edir.

Və daha sonraları sevilən bəstəkarların yazdığı əsərləri ifa edərək, xalqın milli dəyərinə uyğun və xalqın sevimli mahnılarına çevirilən bir çox mahnıları yazır və bəstələyir.

Əsrin gözəli, Gözləyəcəm, Yaz çiçəyi, Yaşayıram sənin üçün, Dəniz arzularım kimi bir çox mahnıların müəllifi və bəstəkarıdır.