Vüsalə Kərimova
Jurnalist
Ailəldir, bir oğlu var.
Ad,Soyad Vüsalə Kərimova
Yaş 25 Oktyabr 1977 (47 Yaş )
Doğulduğu yer Qax
Vəzifə jurnalist, aparıcı
Boy 162
Çəki 59
Yenilənmə tarixi 14-01-2017

Vüsalə Kərimova 25 oktyabr 1977-ci ildə Qax rayonunun Almalı kəndində anadan olub. İxtisası - telejurnalistdir. İlk televiziya fəaliyyətinə 1996-cı ildə Azərbaycan Dövlət Televiziyasının 1-ci kanalında «Manevr» hərbi proqramından başlayıb. Eyni zamanda dövrü mətbuatda da sosial, siyasi, mədəni və digər sahələri əhatə edən məqalələri işıq üzü görüb. Daha sonra "Sara" televiziyasında "Ana xəbər"i aparıb, "Lider" və "Space" kanallarında qısa müddətdə bir sıra verilişlərdə çalışıb. Daha sonra 5 il ATV telekanalında "Ana xəbər" bülletenini təqdim edib.

Sonra Azərbaycanda fəaliyyət göstərən bir neçə televiziya kanalında müxtəlif sahələrdə fəaliyyət göstərib. 2001-ci ildən etibarən isə yalnız «Xəbər» sahəsində çalışır. İctimai Televiziya və Radio Yayımları Şirkətinin «İnformasiya» departamentinin direktor müavini və «Carçı» informasiya proqramının aparıcısı kimi çalışıbdır. Araz radiosunun baş redaktoru və MUZ TV-nin icraçı direktoru kimi işləyib. Hazırda isə "SOY" prodakşnın hazırladığı və "Space" televizyasında yayımlanan "Gün aydın" verlişinin aparıcısıdır.