Oğuzhan Koç
Müğənni
2008-günümüz
Çok Güzel Hareketler Bunlar (2008-2011), Neşeli Hayat (2009), Çok Filim Hareketler Bunlar (2010), Bana Baba Dedi (2015) - Kaan
3 Adam (2013-2017) - aparıcı, O Ses Çocuklar (2014-2015) - münsif
Ben Hala Rüyada (2013), Bulutlara Esir Olduk (2016)
Al ahını, Ayy, Ben hala ruyada, Berhudar Olmak Zor, Bir Gün Biter, Bitmedi elem, Bu yol uzar, Bulutlara Esir Olduk, Domuz Gribi ol insallah, Domuz gripi ol, Erzincan, Gidemem, Gitsem diyorum, Gül Ki Sevgilim, Gulki Sevgilim, Her aşk bir gün biter, her aşk birgün biter, kiz ben senin bip bip, Neşeli ayrılık şarkısı, Sebepsiz aşk, Sen Kemiksen Ben Kopegim, Senden Gidemem, Yanımda olsan, Yüzük
Buğa
Aktrisa Yağmur Tanrısevsin ilə sevgilidir.
Ad,Soyad Oğuzhan Koç
Yaş 13 May 1985 (39 Yaş )
Doğulduğu yer Erzincan / Refahiye, Türkiyə
Vəzifə Müğənni, aktyor
Boy 170
Çəki 62
Göz rəngi qəhvəyi
Saç rəngi qara
Təhsil İstanbul Universiteti antropologiya ixtisası
Yenilənmə tarixi 06-02-2017

Oğuzhan Koç, 13 May 1985 tarixində Erzincan, Refahiyedə Bahattin və Kıymet Koç cütlüyünün ikinci uşaqları olaraq dünyaya gəlmişdir. 13 Mart 1992 tarixində yaşanan Erzincan zəlzələsinin ardından ailəsiylə Bursaya köçmüşdür. Musiqi təhsili verən xüsusi bir xorun (Ali Cengiz çələng Korosu) imtahanlarına qatıldı və qazandı.

8 yaşında Bursa Dövlət konservatoriyası müəllimlərindən musiqi təhsili almağa başladı, 16 yaşına qədər davam etdi. İbtidai məktəbin ardından Qazi Anadolu Liseyinə girdi, orta məktəb və lisey həyatına orada davam etdi. Hələ liseydə olmasına baxmayaraq qrupuyla universitet şənliklərində konsertlər verdi. Orta məktəb və liseydə həvəskar olaraq teatr ilə maraqlandı. Liseydə sinif yoldaşı aktyor Əsər Yenenler ilə dost oldu.

Bir il İzmirdə Dokuz Eylül Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsində oxudu olmadı. 2005-ci ildə İstanbula gəldi, Eser Yenenler'in yanına yerləşdi. Qrup qurdu müxtəlif yerlərdə musiqi fəaliyyəti ilə məşğul oldu, mahnı söylədi. Daha sonra İstanbul Universiteti Antropologiya ixtisasında oxudu.

2007-ci ilin Avqustunda BKM Atelye aktyorları arasına qatıldı. 2009-ci ildə Yılmaz Ərdoğanın rejissorluğunu etdiyi Şən Hayat filmində oynadı. "Çok Güzel Hareketler Bunlar" komediya proqramında oynadı. Oğuzhan Koç, "Çok Güzel Hareketler Bunlar" adlı komediya proqramında sərgilədiyi aktyorluq performansına musiqi qabiliyyətini də əlavə edərək qısa müddətdə adından tez-tez söz etdirməyi bacardı.

Oğuzhan Koç, müğənni Ferhat Göçerə söz və musiqisi özünə aid olan "Gül ki Sevgilim" adlı mahnını vermişdir. 2009-ci ildəki Gülben Ergen'in "Uzun Yol Şarkıları" albomundakı "Giden Günlerim Oldu" mahnısı da Oğuzhan Koça aiddir.

Oğuzhan Koç, Star TVdə 2013 May ayında Əsər Yenenler və İbrahim Büyükak ilə birlikdə 3 + 1 adlı gecə şousuna başladı. Proqramı Acun Ilıcalının satın alması 5 Oktyabr 2013 tarixindən etibarən "3 Adam" adıyla fəaliyyətini davam etməkdədir.