Tolgahan Sayışman
Aktyor
2004-günümüz
2004 - Avrupa Yakası, 2006 - Acemi Cadı, 2006 - Esir Kalpler, 2006 - Maçolar, 2007 - Dicle, 2007 - 2009 - Elveda Rumeli, 2007 - Hepsi1, 2008 - Aşk Tutulması, 2009 - Kavak Yelleri, 2009 - Aşk Geliyorum Demez, 2010 - 2014 - Lale Devri, 2014 - Büyük Sürgün, 2015 - Asla Vazgeçmem
Best Model of Turkey (2002)
Best Model of Turkey İkincisi
Oxatan
Almeda Abazi ilə evlilik hazirliqlarına başlayıb.
Ad,Soyad Tolgahan Sayışman
Yaş 17 Dekabr 1981 (43 Yaş )
Doğulduğu yer İstanbul / Türkiyə
Vəzifə Model, aktyor
Boy 187
Çəki 78
Göz rəngi qəhvəyi
Saç rəngi qara
Təhsil Doğuş Universiteti İdarəçilik Fakültesi
Yenilənmə tarixi 06-02-2017

Tolgahan Sayışman, 17 dekabr 1981 tarixində İstanbulda dünyaya gəlmişdir. Ata tərəfi Selanikli ana tərəfi Trabzonludur. Nil adında bir bacısı var. Kadıköy İntaş Liseyinə bitirdikdən sonra Doğuş Universiteti İdarəçilik Fakültəsindən məzun oldu.

2002-ci ildə qatıldığı Best Model of Turkey yarışmasında birinciliyi Kıvanç Tatlıtuğa itirdi. 2004-ci ildə Manhunt of Turkey və 2005-ci ildə Cənubi Koreyada edilən Manhunt International yarışlarında birinciliyi əldə etdi.

Tolgahan Sayışman, Ekoldrama və Ayla Algandan uzun müddət aktyorluq təhsili aldı. Ardından seriallarda rol aldı. Xüsusilə izlənmə rekordları qıran Elveda Rumeli serialında canlandırdığı "Karakalpaklı Mustafa" roluyla diqqətləri üzərinə çəkdi.

2009-ci ildə "Aşk Geliyorum Demez" adlı filmdə Bergüzar Gökçe Korel ilə baş rol oynadı.

2010-ci ilin sentyabr ayında başlayan və 2014-ci ilə qədər davam edən "Lale Devri" adlı serialda Tolgahan Sayışman, Selen Şoyder, Hatice Aslan, Korel Cəzairli, Gül Onat, Kenan Bal ilə birlikdə baş rol oynamışdır.

Tolgahan Sayışman, 2012-ci ildə model və oyunçu Selen Şoyder ilə birlikdə olmağa başlamışdır, daha sonra ayrılmışdır. 2015 - 2016 -cı illərdə Asla vazgeçmam adlı serialda Amine Gülşe ilə baş rolları böıüşmüşdür.