İlker Kaleli
Aktyor
2012-günümüz
2014 - Silsile (Cenk)(Sinema Filmi), 2014 - Poyraz Karayel (Poyraz Karayel) (TV Dizisi), 2013 - Kayıp (Faik Şaşmaz) (TV Dizisi), 2012 - Kayıp Şehir (İrfan) (TV Dizisi), 2012 - Son (Alper) (TV Dizisi)
24.İTÜ EMÖS Başarı Ödülleri Yılın En Başarılı Erkek Dizi Oyuncusu, En İyi Dizi Çifti (Ayşegül & Poyraz), 43.Pantene Altın Kelebek Ödülleri-En İyi Erkek Oyuncu, 2.Türkiye Gençlik Ödülleri En İyi Erkek Dizi Oyuncusu
Balıqlar
Aktrisa Burçin Terzioğlu ilə sevgilidir.
Ad,Soyad İlker Kaleli
Yaş 5 Mart 1983 (41 Yaş )
Doğulduğu yer İstanbul / Türkiyə
Vəzifə aktyor
Boy 177
Çəki 67
Göz rəngi Ala
Saç rəngi qəhvəyi
Təhsil İstanbulda Mədəniyyət Universitetində İncəsənət Rəhbərliyi
Yenilənmə tarixi 09-02-2017

İlker Kaleli 5 Mart 1983 tarixində Yarı Alman yarı Türk bir anayla, vanlı bir atanın uşağı olaraq İstanbulda dünyaya gəlmişdir. Atasının adı Rəcəb Kalelidir. 13 yaşındaykən ana-atası boşanmıştır. Çətin bir uşaqlıq keçirmişdir. 17 yaşından tək yaşamağa başlamışdır. Uşaqlığında musiqiçi olmağı istəyirdi, və Nirvana (musiqi qrupu) və Kurt Cobain pərəstişkarı idi.

16 yaşında Coca Cola reklam filmində oynadı.

İstanbulda Mədəniyyət Universitetində İncəsənət Rəhbərliyi oxuyarkən iki il ərzində Şahika Tekandın qurduğu Studiya Oyuncularında təhsil aldı. 2006-ci ildə məzun olduqdan iki il sonra Londona getdi və 4 il qaldı. Londonda LAMDA'da (The London Academy Of Music And Dramatic Art) 3 il aktyorluq təhsili aldı və 2011-ci ildə oradan məzun oldu.

Londonda ikən musiqilə məşğul olmuş, DJ'lik etmiş, reklam filmlərində oynamış. 2012-ci ildə Türkiyədən gələn təklif üzərinə ilk dizisi "son" da oynamağa başladı. Serialın ana heyəti Yiğit Özşener, Nehir Ərdoğan, Erkan Can, Berrak Tüzünataç və Engin Altan Düzyatandan ibarətdir. Digər önə çıxan aktyor heyəti isə Uğur Polat, Aylin Aslım, Ülkü Duru və Əhməd Levendoğlundan ibarətdir

2012-ci ildə "Kayıp Şehir" adlı serialda Gökçe Bahadır, Nik Xhelilaj, Nazan Kesal, Uğur Polat, Cansu Tosun ilə birlikdə oynamışdır.

2013-ci ildə "Kayıp" adlı serialda Mete Horozoğlu, Aslı Enver, Kaan Taşaner, Dolunay Soysert, Kürşat Alnıaçık, Menderes Samancılar ilə birlikdə rol aldı.

2014-ci ildə İlker Kaleli baş rolda olaraq "Poyraz Karayel" adlı serialda Burçin Terzioğlu, Musa Uzunlar, Engin Benli, Ali İl ilə birlikdə rol aldı.

2014-ci ildə "Silsile" adlı kino filmində Nehir Ərdoğan, Serkan Keskin, Tardu Flordun, İlker Kaleli, Esra Bezen Bilgin baş rolları paylaşdılar.