Bilal Əliyev
Müğənni
1986-günümüz
Anam mənim, Bala Nərgiz, Yadıma Düşdü, Şuşanın Dağları, Sizə salam gətirmişəm,
"Əməkdar artist" (2000) , "Azərbaycan Respublikasının xalq artisti" (2009)
10 uşaqlı ailədə dünyaya gələn Bilal Əliyev ailəlidir. 1 oğlu var.
Ad,Soyad Bilal Əliyev
Yaş 18 Noyabr 1959 (65 Yaş )
Doğulduğu yer Salyan
Vəzifə Müğənni
Boy 189
Çəki 114
Yenilənmə tarixi 24-12-2016

Bilal Şahşirin oğlu Əliyev 18 noyabr 1959-cu ildə Salyan rayonunun Kürqaraqaşlı kəndində anadan olub.

Bilal Şahşirin oğlu Əliyev 1982-ci ildə A.Zeynallı adına Musiqi Texnikumunun "Xanəndə" fakültəsinə daxil olmuş, 1986-cı ildə texnikumu müvəffəqiyyətlə bitirmişdir. Əmək fəaliyyətinə həmin ildən R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalçı vəzifəsi ilə başlamışdır. 1990-cı ildən 1993-cü ilədək "Tərəqqi" mühəndis-kompüter mərkəzində, "İlkin" studiyasında vokalçı vəzifəsində çalışıb. 1993-cü ildən R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalçı kimi fəaliyyət göstərir.

O, Türkiyənin Ankara, İstanbul, Kırıkkale və digər şəhərlərində keçirilən festivallarda, Avstriyanın Vyana şəhərində, Rusiya Federasiyasının bir çox şəhərlərində, Ukraynanın Kiyev şəhərində keçirilən "Azərbaycan Məd Almaniyanın yenidən birləşməsinin X ildönümünə həsr olunmuş EKSPO–2000 sərgisinin rəsmi dəvəti ilə Almaniyada, Azərbaycan Respublikasının Avropa Şurasına qəbul edilməsinin I ildönümü münasibəti ilə Fransanın Strassburq şəhərində keçirilən tədbirlərdə öz məlahətli səsi ilə Azərbaycan musiqisini yüksəklərə qaldırmışdır.

Son illərdə B.Əliyev Almaniyanın Mayns şəhərində və Moskvada "Azərbaycan Mədəniyyəti günləri"ndə, Yekaterinburqda Novruz Bayramı ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etmiş, Azərbaycan musiqisini tərənnüm etmişdir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir.

2000-ci ilin oktyabr ayından Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar Artist" fəxri adına layiq görülmüşdür.

Bilal Əliyevə Azərbaycan prezidentinin 28 oktyabr 2000-ci il tarixli Fərmanı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Əməkdar artist", Azərbaycan prezidentinin 2 iyul 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan musiqisinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları verilmişdir.