Fidan Hacıyeva
Müğənni
1996-günümüz
Gülüş-“Sevil” (Fikrət Əmirov,Cəfər Cabbarlı), Asya “Arşın mal alan” (Üzeyir Hacıbəyov), Gülçöhrə “Arşın mal alan” (Üzeyir Hacıbəyov), Xanəndə qız “Koroğlu” (Üzeyir Hacıbəyov), Karmen “Karmen” (Corc Bizen,Melyankaya və Qaleviyə), Rozina “Sevilya bərbəri” (Coakkino Rossi,Sezare Sterbini), Amneris “Aida”(Cüzeppe Verdi,Gislançoni Antonio), Azuçena “Trubadur”(Cuzeppe Verdi,A.G.Gutyeras).
Azərbaycan Respublikasının Əməkdar Artisti (2006), Xalq Artisti (2015)
2003-cü ildə İngiltərə vətəndaşı Filip Neylorla ailə qurub. Onların bu nikahdan 3 övladı var.
Ad,Soyad Fidan Hacıyeva
Yaş 11 Sentyabr 1976 (48 Yaş )
Doğulduğu yer Bakı
Vəzifə opera müğənnisi, soprano
Boy 172
Çəki 63
Yenilənmə tarixi 24-12-2016

Fidan Hacı Ağa qızı Hacıyeva, Hacıyeva-Naylor Fidan Hacı Ağa qızı — Azərbaycan Respublikasının xalq artisti (05.03.2015) opera müğənnisi, soprano.

Bülbül adına Bakı Musiqi məktəbinin fortepiano sinfini və Bakı Musiqi Akademiyasının vokal fakültəsinin bitirmişdir. Azərbaycanın əməkdar aristi, professor Hüseyn Əliyevin yetirməsidir. 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.

Milli və klassik opera tamaşalarında aparici partiyaları ifa edir:

  • Gülüş-“Sevil” (Fikrət Əmirov,Cəfər Cabbarlı)
  • Asya “Arşın mal alan” (Üzeyir Hacıbəyov)
  • Gülçöhrə “Arşın mal alan” (Üzeyir Hacıbəyov)
  • Xanəndə qız “Koroğlu” (Üzeyir Hacıbəyov)
  • Karmen “Karmen” (Corc Bizen,Melyankaya və Qaleviyə)
  • Rozina “Sevilya bərbəri” (Coakkino Rossi,Sezare Sterbini)
  • Amneris “Aida”(Cüzeppe Verdi,Gislançoni Antonio)
  • Azuçena “Trubadur”(Cuzeppe Verdi,A.G.Gutyeras)

Kipr, Türkiyə, Rusiya, Yaponiya və İtaliyada qastrol səfərlərində olmuşdur. 2002-ci ildə İtaliyanın Kidjiana Musiqi Akademiyasında ixtisasartırma kursu keçmiş və Akademiyanın xüsusi diplomuna layiq görülmüşdür.

2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 5 mart 2015-ci ildə isə Xalq Artisti fəxri adına layiq gorülmüşdür.