Niyaməddin Musayev
Müğənni
1957-günümüz
Ah bu nece mehebbetdir, Ana deyimmi, Anama da gəlin olar, Anama deyin, Ata, Atları yəhərləyin, Axtarma məni, Azərbaycan prezidenti, Azərbaycan qızıyam, Azərbaycanım, Azərbaycanlıyam (duet Səyyad, İbrahim, Namiq) 2001, Baxışım axtarır səni, Bəhanə gəzirəm, Bunlar bir soydur. Çağır gəlsin, Dərsə gedən bir uşaq, Deyin hardadır, Döndü gəl, Dünya sənin dünya mənim dünya heçkimin, Dünyam mənim, Durnalar gölə gəldi, El atası, Əlvida, Gecələr, Gel, Gel gorushek biz, Göz yaşına döndü gəl, Gözlə məni qayıdacağam, Gözlərin, Gozlerin aladir yar, Gülüm səni görürəm, Hey baxaram yollarına, Hicrana Dozmek Olmaz, Hüseyn Cavid, İncimə, İspan mahnısı, Kölqəm qədər, Məhəbbət, Menasiz Heyat, menki seni sevirdim, Muleyli, Nə bilim
Qanlı zəmi (film, 1985), Gecə qatarında qətl (film, 1990), Yorulmamışam. Rövşən Behcət (film, 2007)
Naxçıvan MR-nın əməkdar artisti, Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət ordeni"
Cabbar Musayevle Musa Musayev xalq artisti Niyameddin Musayevin qardaşı oğlanlarıdır. Terane Qumral ise xalq artistinin qardaşı gelini hesab olunur. Müğənninin Röya və Günel adında qızları var.
Ad,Soyad Niyaməddin Musayev
Yaş 2 May 1940 (84 Yaş )
Doğulduğu yer İmişli
Vəzifə Müğənni
Yenilənmə tarixi 28-12-2016

Niyaməddin Cabbar oğlu Musayev 1940-cı il mayın 1-də Imişli rayonunda anadan olub. 1957-ci ildən, yəni 17 yaşından professional səhnədə olan sənətkarda musiqiyə olan sevgi və maraq uşaq yaşlarindan ona bu yolu seçməyə təhrik edən amillərdən olmuşdur. Gənc yaşlarında Rayon Mədəniyyət evində metodist və incəsənət məsləhətçisi işləyib. 1966-cı ildə ilk dəfə Ə.Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblında bir neçə mahnısı radio fonotekasında yazılıb. 1968-ci ildə "Muğam-68" festivalının qalibi olmuşdur.

1991-ci ildə Naxçıvan MR-nın əməkdar artisti adına layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb və 2000-ci ildə "Şöhrət ordeni"ylə təltif edilib. 1970-ci ildən filarmoniya cəmiyyətində işləməyə başlayıb. 1978-ci ildən «Röya» vokal instrumental ansamblının bədii rəhbəri olan Niyaməddin Musayev, ilk dəfə olaraq, Azərbaycanda milli estrada janrının yaradıcısı olmuş və həmin ildəcə ansamblın bir valı buraxılmışdır. Onun 1987-ci ildə «Dünya sənin, dünya mənim», 1998-ci ildə «Vətən həsrəti» adlı albomları və bir diski buraxılmışdır. O, 1974-cü ildə «Şahnaz təsnifi» ifası ilə sənət aləmində daha çox tanınmışdır. Dünyanın bir çox ölkələrində dövlət qostrollarında milli xalq musiqimizi təbliğ edən müğənninin, «Röya» vokal instrumental ansamblını yaratması ilk növbədə milli musiqimizlə Avropa musiqisinin sintezləşdirilməsinə və müasir səpkidə xalqa çatdırılmasına xidmət etmişdir. Muğam ifaçısı olmuş N.Musayev, Ə.Bakıxanov, B.Salahov, Ə.Dadaşov, Ə.Quliyev, A,Məşədibəyov, H.Məmmədov və H.Bayramov kimi tanınmış sənətkarlarla çalışmışdır. O, tanınmasının səbəbi kimi xalqın onun sənətini qiymətləndirməsində görür. Artiq uzun illərdir milli kolaritli estradanin formalaşmasında çalışan sənətkar əksər bəstəkar və ifaçıların yaradıcılığını xoşlayır. Ikinci peşə kimi Bünyadzadə adına Azərbaycan Dövlət Milli İqtisadiyyat İnstitutunun İqtisad Fakultəsini bitirmişdir.