Bələdiyyə seçkilərinin nəticələri təsdiq olundu

Bələdiyyə seçkilərinin nəticələri təsdiq olundu
18:41 12 Yanvar 2015
252 Ölkə
Ölkə mətbuatı
A- A+

2014-cü il dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkilərinin nəticələri təsdiq olunub.

ANS PRESS-in məlumatına görə, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qəbul edilib.

118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilmiş seçkilərin yekunları ilə bağlı qərar qəbul edib.

MSK-nın seçkinin yekunları ilə bağlı protokol layihəsində bələdiyyə seçkilərinin Konstitusiyaya, Seçki Məcəlləsinə uyğun keçirildiyi qeyd edilib. Qərar layihəsində 8 bələdiyyədə seçkinin nəticələrinin ləğv edilməsi, 43 seçki məntəqəsi üzrə seçkinin nəticələrinin etibarsız sayılması əksini tapıb.

MSK-nın bələdiyyə seçkilərinin yekunları ilə bağlı qərarı 2 nəfər əleyhinə, 16 nəfər lehinə olmaqla qəbul edilib. Daha sonra MSK üzvləri bələdiyyə seçkilərinin yekunları ilə bağlı protokolu təsdiq edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=319231

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR