Fələstin prezidenti Mahmud Abbasın Türkiyəyə rəsmi səfəri başlayıb

18:52 12 Yanvar 2015
146 Dünya
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 18:50 ]


Fələstin prezidenti Mahmud Abbasın Türkiyəyə rəsmi səfəri başlayıb

 

Bakı. Rüfət Əhmədzadə - APA. Fələstin dövlətinin prezidenti Mahmud Abbasın Türkiyə Cümhuriyyətinə rəsmi səfəri başlayıb.

 

APA-nın “Sözcü”yə istinadən məlumatına görə, M.Abbasın rəhbərlik etdiyi nümayəndə heyətini “Esenboğa” Hava Limanında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Ankara valisinin müavini Mehmet Ali Ulutaş, Fələstinin Türkiyədəki sabiq səfiri Nebil Maluf və səfirlik nümayəndələri qarşılayıb. Qonağın şərəfinə fəxri qarovul düzülüb.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Prezident Sarayına gedən Fələstin liderinin şərəfinə xüsusi mərasim təşkil olunub.

 

Soyuq hava şəraitinə görə sarayın içində baş tutmuş mərasimdə qonağı tarixi geyimlərdə olan və  16 türk dövlətinin əsgərlərini xarakterizə edən mühafizə dəstəsi qarşılayıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368820

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR