Gənc Tamaşaçılar Teatrında 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş tamaşa nümayiş olunacaq

19:42 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 19:36 ]


Bakı. Cavid Zeynallı – APA. Yanvarın 20-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş tamaşa nümayiş olunacaq.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yazıçı-dramaturq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşası “20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən təqdim olunacaq.

 

Səhnə əsərinin quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, tərtibatçı rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverovdur.

 

Səhnə əsərində əsas rolları əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Günel Məmmədova, Mirzəağa Mirzəyev və başqaları ifa edəcəklər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368823

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR