Metroya şalvarsız düşdülər (FOTO)

Metroya şalvarsız düşdülər (FOTO)
19:46 12 Yanvar 2015
214 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün dünyanın ən böyük şəhərlərində "şalvarsız metroda" adlı flaşmob keçirilib.

ANS PRESS-in məlumatına görə, bu il sayca 14-cü dəfə keçirilən “No Pants Subway Ride” adlanan flaşmobda bir neçə min insan iştirak edib.

Qaydalara görə, flaşmob iştirakçıları şalvarlarsız və yubkalarsız metroya düşməli və eyni zamanda özlərini təbii aparmalıdır.

Aksiyaya London, Berlin, Riqa, Pekin, Madrid, Sidney və başqa meqapolis sakinləri qoşulublar. Nyu-Yorkda keçən flaşmobda təxminən dörd min insan iştirak edib.

Qeyd edək ki, "şalvarsız metroda" aksiyası ilk dəfə 2002-ci ildə Nyu-Yorkda keçirib. İlk aksiyada yeddi şəhər sakini iştirak edib. İdeyanın müəllifi “Improv Everywhere” incəsənət-qrupunun nümayəndələri olublar.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=319243

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR