Ermənistanda ara qarışdı (VİDEO)

Ermənistanda ara qarışdı (VİDEO)
21:46 12 Yanvar 2015
184 Digər
Ölkə mətbuatı
A- A+

Rus hərbçisinin erməni ailəsinin 6 üzvünü güllələməsi strateji müttəfiq olan Ermənistanla Rusiyanın arasını vura bilər. Artıq insidentlə bağlı Rusiya səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici işlər naziri Şavarş Koçaryan, Avetisyan ailəsinin qəddarca qətli ilə bağlı dərin narahatlıq ifadə edərək Rusiya tərəfinə etirazını bildirib.

Bu səhər Ermənistanın Gümrü şəhərində dəhşət yaşanıb. Ermənistan kütləvi informasiya vasitələrinin məlumatına görə, bir ailənin altı üzvü güllələnib. Məlumatda, hadisənin Myasnikyan küçəsindəki evdə baş verdiyi deyilir. Güllə yarası alanlardan beşi hadisə yerində keçinib. Ölənlərdən birinin azyaşlı olduğu bildirilir.

Əsgərin açdığı atəşdən yeganə sağ qalan ailə üzvü 6 aylıq körpə güllə yarası ilə xəstəxanaya yerləşdirilərək, əməliyyat olunub. Onun uşaq klinikasında ağır vəziyyətdə olduğu bildirilir.

ANS TV-nin məlumatına görə, Ermənistan polisi hadisədə 102-ci Rusiya hərbi bazasının qulluqçusu Valeri Permyakovu şübhəli bilir. Erməni polisi müqavilə əsasında xidmət keçən əsgərin fotosunu yayaraq onun tapılmasında əhalidən kömək gözləyir.

Ermənistan prezidenti Serj Sarkisyan insidentlə bağlı hüquq-mühafizə orqanları rəhbərlərilə fövqəladə iclas keçirərək Gümrüdəki ailənin qətlilə bağlı işi şəxsi nəzarətinə götürüb. Hələ ki, insidentin səbəbləri barədə məlumat verilmir.

Rusiyanın Ermənistandakı səfirliyi, Gümrüdəki hadisəylə bağlı erməni xalqına başsağlığı verib. Bu dəhşətli cinayəti törədənin ən sərt cəzaya layiq olduğu bildirilir.

Ermənistan müdafiə naziri Seyran Ohanyan Gümrüdəki insidentlə bağlı Rusiyalı həmkarı Serqey Şoyqu ilə telefon danışığı aparıb. Son məlumatlara görə, insidentin yerində araşdırılması üçün Rusiya Federasiyası xüsusi komissiya göndərməyə hazırlaşır.

Aparılan istintaqdan gələn ilkin məlumatlara görə, 6 nəfəri qətlinin baş verdiyi ərazidə şübhəli şəxsin hərbi forması, silah-sursat aşkarlanıb. Ermənistan baş polis idarəsinin rəhbəri bildirib ki, böyük ehtimalla o silahı hadisə yerində atıb qaçıb. Polis idarəsinin rəhbəri erməni vətəndaşları təşvişə düşməməyə çağırıb.

Artıq insidentlə bağlı Ermənistanda Rusiyaya qarşı kütləvi etiraz aksiyaları başlayıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=319267

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR