Gəncədə yolu keçmək istəyən piyadanı maşın vurub

23:32 12 Yanvar 2015
206 Digər
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 23:30 ]

Gəncə. Azər Məmmədli – APA. Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Tağı Aranı küçəsində baş verib.

 

Gəncə şəhər sakini, 1964-cü il təvəllüdlü Əmiraslanov Ümid Oktay oğlu idarə etdiyi “VAZ21011” markalı avtomobillə yolu keçmək istəyən 1964-cü il təvəllüdlü Əsgərova Kəsirə Cəfər qızını vurub. Sürücü müxtəlif bədən xəsarətləri alan yaralı qadını Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırıb. 51 yaşlı qadının vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.   


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368833

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR