Facebook qocalır

Facebook qocalır
23:52 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Artıq uzun müddətdir ki yeniyetmə və tələbələr Facebookun tipik istifadəçisi deyil. Dünyanın ən böyük sosial şəbəkəsinin auditoriyası tədricən yaşlaşır, gənclər isə başqa xidmətlərdən istifadə etməyə başlayıb.
 
Facebook yaşlı amerikalılar arasında ən populyar sosial internet xidməti olub. ABŞ-ın 18 yaşdan yuxarı 2 min sakini arasında Pew Research tədqiqat şirkəti tərəfindən keçirilmiş sorğuya əsasən, 65 yaşdan yuxarı amerikalı internet istifadəçilərinin 56 faizi Facebookda aktiv hesaba malikdir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, son ildə Facebookdan istifadə edən ABŞ sakinlərinin payı demək olar dəyişməyib. Yalnız ən yaşlı internet istifadəçilərinin arasında sözügedən sosial şəbəkənin populyarlığı nəzərəçarpacaq dərəcədə yüksəlib.
Facebookun rəqiblərində vəziyyət fərqlidir.
 
Araşdırdığımız bütün başqa sosial şəbəkələr 2013-dən 2014-cü ilədək böyük artım nümayiş etdirib. Instagramın istifadəçilərinin sayı 9 faiz artıb, bundan başqa hər bir demoqrafik qrupda artım qeydə alınıb – tədqiqatda qeyd olunub.
Peşəkar əlaqələrlə mübadilə üçün LinkedIn sosial şəbəkəsi yüksəkixtisaslı mütəxəssislər və ali təhsilə malik insanlar arasında populyarlaşmağa davam edir. Eyni zamanda Twitter və Pinterestin populyarlığı bir çox demoqrafik qrup üzrə artır.
 
Auditoriyasının yaşlaşmasına baxmayaraq, Facebookun trafiki yenə də yüksəkdir. Artıq mövcud istifadəçilərin həyatında bu şəbəkənin rolu getdikcə daha vacib hal alır: Pew tədqiqat şirkətinin məlumatına görə, amerikalıların 70 faizi bu sosial şəbəkəyə gündəlik, 45 faizi gündə bir neçə dəfə daxil olur.
Facebook yalnız yeniyetmələr arasında populyarlığını itirir. Frank N. Magid Associates analitik şirkəti tərəfindən keçirilmiş tədqiqata əsasən, 2014-cü ildə Facebookdan aktiv istifadə edən yeniyetmələrin payı 88 faiz təşkil edib. 2013-cü ildə bu göstərici 94, 2012-ci ildə 95 faiz təşkil edib.
 
Twitter yeniyetmələrin xoşuna gəlir, çünki orada böyüklərin, valideynlərin sayı azdır. Əlbəttə ki, uşaqlar Facebookdakı hesablarını silmirlər, amma onlar orada digər sosial media ilə müqayisədə daha az vaxt keçirirlər – Pew Researchin tədqiqatçısı Amanda Lenxart öz fikrini bölüşüb. 
 
Bu halda Facebookun rəhbərliyi sosial şəbəkənin gənclər arasında populyarlığının azalmasını inkar edir. 2013-cü ilin noyabrında Facebookun COO-su Şeril Sendberq deyib ki, ABŞ-da yeniyetmələrin böyük əksəriyyəti Facebookdan istifadə edir. 
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/318664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR