Eboladan ölənlərin sayı 8 371 nəfərə çatdı

Eboladan ölənlərin sayı 8 371 nəfərə çatdı
04:14 13 Yanvar 2015
163 Dünya
Ölkə mətbuatı
A- A+

Qərbi Afrikada Ebola virusundan ölənlərin sayı 8 371-ə çatıb.

 

APA-nın ITAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

Ümumilikdə bu virusa 21 171 yoluxma halı qeydə alınıb.

 

Ölüm hallarının əksəriyyəti Qərbi Afrikanın üç ölkəsində - Liberiya, Sierra-Leone və Qvineyada qeydə alınıb.

 

Liberiyada ölkədə 8 278 yoluxma və 3 515 ölüm halı qeydə alınıb. Xəstəliyə ən çox yoluxma halları Sierra Leonedə qeydə alınıb – 10 094  nəfər, ölənlərin sayı isə 3 049 nəfər təşkil edir.  Qvineyada isə 2799 nəfər xəstələnib, 1807 nəfər ölüb.

 

Qeyd edək ki, əvvəlki hesabatla müqayisədə, ölənlərin sayı 82 nəfər, virusa yoluxanların sayı isə 85 nəfər artıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190150

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR