Fransa İslamla savaşır

Fransa İslamla savaşır
04:46 13 Yanvar 2015
165 Dünya
Ölkə mətbuatı
A- A+

Paris terrorundan sonra ölkədə 50 antiislam insidenti yaşanıb.

ANS PRESS-in məlumatına görə, France-Press xəbər verir ki, bu sözləri Fransa müsəlmanlarının mərkəzi birliyi monitorinq orqanının mətbuat katibi deyib.

İnsidentlər arasında 21 binanın atəşə tutulması və qumbara atılması 33 hədələmə hadisəsi qeydə alınıb. Belə ki, 8 yanvar tarixində Fransanın qərbində Le-Man şəhərində olan məscidin həyətinə 4 qumbara atılıb. Qumbaralardan biri partlayıb. İnsident nəticəsində xəsarət alan olmayıb. Elə həmin gün Fransanın şərqində Vilfraş-syur-son şəhəri məscid yaxınlığında partlayış baş verib. Nəticədə binanın pəncərələri sınsa da xəsarət alan olmayıb.

Qeyd edək ki, 7 yanvar tarixində Parisdə “Şarli Hebdo” satirik jurnalına silahlı hücum olub. İslam peyğəmbərinin karikaturalarını nəşr edən jurnala hücum zamanı baş redaktor olmaqla 12 nəfər həyatını itirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319311

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR