Amerikalılara özünə hörmət etməyi kim öyrədəcək?

Amerikalılara özünə hörmət etməyi kim öyrədəcək?
09:12 13 Yanvar 2015
149 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "New York Times" qəzeti Azərbaycana qarşı növbəti nostalji məqalə dərc edib. Təhqirlərlə dolu məqalədə nostalji nə ola bilər ki? Əslində çox şey.

Bu sətirlərdə gizli paxıllıq oxunur. Bir çox amerikalı artıq çoxdan öz ölkələrinin dövlət başçısına görə məyus olub. Bəli, Reyqan, Kennedi, Ruzvelt kimi prezidentlər ABŞ rəhbərliyində çoxdandır yoxdur və buna görə də amerikalılar, o cümlədən ABŞ jurnalistləri sadəcə nostalji hisslər yaşayırlar.

Amerika rəhbəri cırlaşıb. Hazırda onun yerinə amerikalıları arxasınca apara biləcək xarizmaya malik heç bir namizəd yoxdur. Bax bu da onlara ağır gəlir. Xalqın inandığı güclü rəhbəri olan ölkələrə qibtə etməkdən başqa bir şey qalmır.

ABŞ-a istiqamətlənməmiş müstəqil siyasət yürüdən istənilən ölkə Vaşinqton tərəfindən tənqidə cəsarətlə hazırlaşa bilər. Və burada Qərb dəyərlərindən söhbət gedə bilməz.

Amerikalı jurnalistlər məqalədə Azərbaycanı avtoritar dövlət adlandırırlar. Cənablar, baxın görün, nə qədər "avtoritar" rejimli ölkələri "demokratik" etmisiniz - İraq, Liviya, Əfqanıstan, Misir, Ukrayna, Suriya. Qarşıya qoyulan məqsədə harada nail olmusunuz? Bu ölkələrdə vəziyyət nəinki yaxşı, hətta həyasız müdaxilənizdən əvvəlki vəziyyətdən də pis oldu.

Regionda baş verənlərə əsaslanaraq güman etmək olar ki, əslində ABŞ-a yeni düşmən - keçmiş SSRİ-nin kabusu lazımdır və hazırda onlar Rusiyaya və onun çoxillik siyasi, iqtisadi əlaqələrlə ənənəvi bağlı olduğu qonşu ölkələrə təzyiq etməklə bunu formalaşdırırlar. Həmçinin elə bir hiss var ki, Vaşinqton "qaynar" müharibələrdən yorulub və "soyuq müharibələr"ə qayıtmağı planlaşdırır. Postsovet məkanında ABŞ-ın mənfi imicinin formalaşdırılmasını, region ölkələrini daha sıx siyasi və iqtisadi əməkdaşlığa "itələmə"ni başqa heç bir şeylə izah etmək mümkün deyil.

Elçin Mehdiyev
Trend


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/318731.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR