"Charlie Hebdo" yenə peyğəmbəri təhqir edəcək - FOTO

"Charlie Hebdo" yenə peyğəmbəri təhqir edəcək - FOTO
09:47 13 Yanvar 2015
151 Dünya
Ölkə mətbuatı
A- A+

Parisdəki "Charlie Hebdo" satirik jurnalının sabah satışa çıxarılacaq yeni nömrəsinin üz qabığında Hz. Məhəmmədə karikatura olacaq.

Milli.Az Liberation-a istinadən istinadən bildirir ki, karikaturada Hz.Məhəmməd yaşıl fonda kədərli vəziyyətdə əks olunub. Onun yanağından göz yaşı axır. Hz.Məhəmməd əlində "Je suis Charlie" yazılmış plakat tutub.
 
Karikaturanın yuxarısında isə "Tout est pardonne" (Hər şey bağışlanıb) yazılıb.
"Charlie Hebdo"nun redaksiyasına yanvarın 7-də terror hücumu olandan sonra jurnalın sağ qalmış əməkdaşları "Liberation"un redaksiyasında çalışmışdılar.
 
Jurnalın yeni, 1178 saylı nüsxəsi 3 milyon tirajla satılacaq. Bu zaman jurnal həmişəki kimi 16 səhifə yox, 8 səhifə olacaq.
"Charlie Hebdo"nun yeni sayının məzmunu 16 dilə tərcümə olunub. Jurnalın yeni sayının satışlarından əldə ediləcək vəsaitin əksəriyyəti "Charlie Hebdo"nun terror hücumunda həlak olmuş əməkdaşlarının ailə üzvlərinə və jurnalın fəaliyyətinin təminatına sərf ediləcək.
 
Yanvarın 7-də 3 nəfərin hücumuna məruz qalan "Charlie Hebdo"nun redaksiyasındakı gülləbaranda 12 nəfər, o cümlədən baş redaktor həlak olub, 11 nəfər yaralanıb.
 
Terrorçulardan biri təslim olmuş, Səid və Şərif Kuaşi qardaşları isə qaçıb aradan çıxmışdılar. Onlar yanvarın 9-da Parisdən 60 km şimaldakı Dammarten an Qoel şəhərindəki nəşriyyat binasında mühasirəyə alınaraq məhv edilmişdilər.
 
Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318755.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR