“Samsung” öz sinfində ən nazik smartfonunu təqdim edib

“Samsung” öz sinfində ən nazik smartfonunu təqdim edib
09:51 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Samsung” şirkəti dünən “Galaxy A7” smartfonunu rəsmən elan edib. Bu, sözügedən istehsalçının çeşidində ən nazik smartfondur.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, korpusun qalınlığı 6,3 mm-dir. Müqayisə üçün, “iPhone 6” smartfonunda bu göstərici 6,9 mm-dir.
 
Yeni aparat səkkiznüvəli prosessorların modelləri ilə fərqlənən iki modifikasiyada təqdim edilib. Versiyalardan birində 64 bitlik “Qualcomm Snapdragon 615” çipi, digərində 32 bitlik “Exynos 5430” çipi quraşdırılıb.
 
“Samsung Galaxy A7” aparatı 2 QB əməli və 16 QB daxili yaddaş (çıxarılıb taxılan “microSD” daşıyıcıları üçün slot var), 5,5 düymlük “HD” təsvir ölçülü “Super AMOLED” ekran, 13 meqapiksellik LED işıqlandırıcı və avtofokusa malik əsas, həmçinin “selfi” çəkilişi üçün 5 meqapiksellik ön kameralarla təchiz edilib.
 
Bundan başqa, telefonda “LTE”, “Bluetooth 4.0”, “Wi-Fi 802.11 b/g/n” və “GPS” simsiz rabitə modulları, 2600 milliamper/saat tutumunda akkumulyator batareyası var və “TouchWiz UI” interfeysli “Android 4.4 KitKat” proqram platforması ilə işləyir.
 
Təxminən 507 avro qiymətində olacaq “Samsung Galaxy A7” smartfonunun satışına 2015-ci ilin birinci rübündə başlanılacaq. Smartfonun korpusu üç rəngdə əlçatan olacaq.
 
Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34716-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR