2014-cü ildə daha çox patent qeydiyyatdan keçirən texnologiya şirkəti hansıdır?

2014-cü ildə daha çox patent qeydiyyatdan keçirən texnologiya şirkəti hansıdır?
09:51 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

"IFI Claims" nəşri 2014-cü ildə daha çox patent qeydiyyatdan keçirmiş şirkətlərin siyahısını yeniləyib. Hesab edilir ki, patentlərin ümumi sayı korporasiyaların əsas texnoloji göstəricisidir, bir çox firmalar üçün patentləşdirilmiş texnologiyalar həm də əsas gəlir mənbəyidir.
 
"ICTnews" elektron xəbər xidməti "macdigger.ru" saytına istinadən bildirir ki, ötən il ABŞ Patent və Əmtəə Bürosu 300678 patent qeydiyyatdan keçirib. İstifadəçilərin əksəriyyəti əmindir ki, "Apple" korporasiyası qeydiyyatdan keçirilmiş müraciətlərin sayına görə liderdir. Ancaq ABŞ-ın kompüter elektronikası nəhəngi 2014-cü ildə 2003 patent qeydiyyatdan keçirib və 11-ci pilləni tutub.

İxtiraların qeydiyyatına görə uzun illər ardıcıl lider olan "IBM" korporasiyası 2014-cü ildə 7534 patent qeydiyyatdan keçirib ki, bu da  2013-cü illə müqayisədə 10 faiz yüksəkdir. Şirkət ötən il öz patentlərinin lisenziyalaşdırmasından 1 milyard dollardan çox qazanıb. 4952 ixtira göstəricisinə malik "Samsung" ikinci pilləni tutub. "Canon" şirkəti ixtiralarının sayını 4055 patentədək artırıb və üçüncü olub.
 
3224 patent sayına malik "Sony" şirkəti dördüncü, "Microsoft" (2829) isə beşinci yeri tutub. 2013-cü ildə siyahıda 11-ci pillədə qərarlaşmış "Google" şirkəti 8-ci pilləyə qalxıb.
 
Emil Hüseynov
 
 
 
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34715-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR