Zaqatalada 25 yaşlı qadın dərmandan zəhərlənib

09:52 13 Yanvar 2015
157 Digər
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 09:51 ]


Zaqatala. Vüqar Heydərov – APA. Zaqatala rayonunda dərmandan zəhərlənmə hadisəsi baş verib. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Dardoqqaz kənd sakini, 1990-cı il təvəllüdlü Əsmər Sabir qızı Ramazanova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 25 yaşlı Əsmər Ramazanova bilməyərək dərman qəbul edib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən qadına lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Məlumatda bildirilir ki, Əsmər Ramazanova üç ay əvvəl ailə həyatı qurub.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368850

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR