“Fairmont Baku” mükafat qazandı

“Fairmont Baku” mükafat qazandı
09:56 13 Yanvar 2015
188 Sosial
Ölkə mətbuatı
A- A+

Bakının rəmzlərindən birinə çevrilən Alov Qüllələri mükafat qazandı. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, “Fairmont Baku” mehmanxanası “Dünya Lüks Otellər Mükafatı” təşkilatı tərəfindən “Best Luxury Suite Hotel” mükafatına layiq görülüb.

“Dünya Lüks Otellər Mükafatı” dünya üzrə qonaqlara göstərilən xidmət səviyyəsinə görə otelləri mükafatlandıran nüfuzlu beynəlxalq təşkilatdır. Bu təşkilat yalnız lüks otel sektoru üzrə ixtisaslaşıb və turizm sənayesinin yalnız həmin sahəsi ilə bağlı təhlillər aparır.

“Dünya Lüks Otellər Mükafatı” turizm sahəsində fəaliyyət göstərən müəssisənin personalı tərəfindən əsasən keyfiyyətli müştəri xidmətinin davamlı olaraq yüksək səviyyədə saxlanılması baxımından vacibdir.

Dünya üzrə hər hansı bir brend mehmanxana üçün müvafiq meyarlar üzrə sənədləri təqdim etmək və “Dünya Lüks Otellər Mükafatı” təşkilatının səsvermə prosesində iştirak etmək dünya turizm bazarında olduqca nüfuzlu bir hadisə sayılır.

Yalnız lüks kateqoriyalı mehmanxana kompleksləri və kurortlar “Dünya Lüks Otellər Mükafatı”nda iştirak edə bilərlər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=43&nid=319346

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR