Riki Martin Bakıda toyda oxudu

Riki Martin Bakıda toyda oxudu
10:05 13 Yanvar 2015
324 Şou
Ölkə mətbuatı
A- A+

Puerto-Rikodan olan müğənni, əsl adı və soyadı Enrike Martin Morales olan Riki Martin Bakıda olub.
 
Milli.Az bildirir ki, 43 yaşlı müğənnini ölkədəki iş adamlarından biri qızının toyuna dəvət edibmiş.
 
Dəvətə görə R.Martinə ödənmiş məbləğ açıqlanmasa da, müğənninin menecerlərinin "həddən artıq razı qaldıqları" vurğulanır.
 
Bakıya bir günlük gəlmiş R.Martin toyda 4 mahnı oxuyandan sonra ertəsi gün Azərbaycanı tərk edib.
 
Maraqlıdır ki, toyda kimsənin R.Martinin fotolarını çəkməsinə icazə verilməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/318702.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR