Moskva prospektində ciddi dəyişikliklər olacaq

Moskva prospektində ciddi dəyişikliklər olacaq
10:22 13 Yanvar 2015
174 Sosial
Ölkə mətbuatı
A- A+

Son ay ərzində Moskva prospekti xeyli dəyişib. Bir ay öncə prospektin 20 Yanvar dairəsindən "Lukoil" yanacaqdoldurma məntəqəsinə qədər abadlıq işləri başlayıb. Şəhərin çıxışındakı asfalt örtüyü yenilənib. Analoji işlər şəhərin girişində də görülüb. Bircə "20 Yanvar" dairəsində asfalt örtüyünün dəyişdirilməsi qalıb. Ən əsası isə, Moskva prospektində piyada keçidi yol nişanlarını yeniləri ilə əvəzləyiblər. İndi günəş batareyaları ilə gecə də işıq saçan nişanlar quraşdırılıb.

Buna baxmayaraq, yol işçiləri piyada keçidlərində "zebra"lar çəkməyi unudublar. Ən azı, 5 yerdə bu zebralar yoxdur. Yol işçilərinin səhvi ucbatından piyadalar əziyyət çəkirlər. Çünki sürücülər onlara yol vermirlər.

Milli.Az-ın Day.Az saytına istinadən məlumatna görə, təmir işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. İcra hakimiyyətindən vəd veriblər ki, "zebralar" da mütləq çəkiləcək.

Xatırladaq ki, Moskva prospektində yerüstü piyada keçidinin və "20 Yanvar" dairəsində yol ötürücüsünün tikintisi nəzərdə tutulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR