BBC-də Azərbaycan reklamı - VİDEO

BBC-də Azərbaycan reklamı - VİDEO
10:27 13 Yanvar 2015
162 Dünya
Ölkə mətbuatı
A- A+

Videoçarxda təbiətimizin müxtəlifliyi, paytaxtımızın və regionlarımızın gözəlliyi əks olunub
“BBC World News” kanalında “Azerbaijan - This Journey Never Ends!” adlı Azərbaycanın gözəlliklərini əks etdirən yeni videoçarx yayımlanıb.

Anspress-in məlumatına görə, reklam çarxının yaradılması üzərində Sergey Stanovkin başda olmaqla “BBC World News” telekanalının regional kommersiya nümayəndəliyinin komandası işləyib.

Ölkəmizə həsr edilmiş 30 saniyəlik videoda təbiətin müxtəlifliyi, paytaxtımızın və regionlarımızın gözəlliyi, ölkənin qədim tarixi və bir çox başqa məsələlər əks olunub, habelə “Odlar yurdu” adının yaranması tarixini açıqlamağa çalışıblar.

Bundan başqa, reklam çarxında əl ilə toxunmuş ənənəvi Azərbaycan xalçaları, məşhur Qarabağ cinsli atlar, zərdüştilik dövrünün qədim memarlıq abidələri nümayiş etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318733.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR