Xoşqədəm hər il yanvarın 13-ü niyə ağlayır?

Xoşqədəm hər il yanvarın 13-ü niyə ağlayır?
10:29 13 Yanvar 2015
210 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının doğum günüdür. Lent.az-ın məlumatına görə, aparıcı bildirib ki, o, hər il yanvarın 13-də ağlayır: “Mən 24 ildir ki, ad günümü doğma yurdumda qarşılamaq arzusu ilə yaşayıram. Bu günə kimi ziyarət etdiyim müqəddəs torpaqlarda, müqəddəs məkanlarda da diləyim bu olub. Bu illər ərzində yanvarın 13-də hər zaman ağlamışam. Kaş bu dəqiqə düşmənin yandırdığı o evimizin həyətində dayanıb, Murov dağına baxa biləydim. Mənim üçün ən dəyərli hədiyyə bu olardı. Bu günün olacağı arzusuyla dünən gecədən məni təbrik edən hər kəsə minnətdaram. O gün olsun təbrik mesajlarınızı doğulduğum gözəl Narınclarımda alım”.


X.Hidayətqızı Ağdərənin Narışlar kəndində anadan olub. O, 1991-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1993-cü ildən ailə vəziyyəti ilə əlaqədar olaraq təhsilini Bakı Dövlət Pedaqoji Universitetində davam etdirib. Sonradan Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2005-ci ildə isə Azərbaycan Prezidentinin sərəncamı ilə mətbuatın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub. Ötən il türkiyəli müğənni ilə ailə quran aparıcının ilk evliliyindən Zaur adlı oğlu var. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190158

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR