326 milyon dollar uddu, amma 130 milyon aldı

326 milyon dollar uddu, amma 130 milyon aldı
10:43 13 Yanvar 2015
255 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

Nyu-York məktəbinin sabiq direktoru Qarold Daymond "Mega Millions” lotereyasında Cek Potu qazanaraq 326 milyon dollar məbləğində uduşun sahibi olub. Bu, Nyu-Yorkda bütün oyunlar tarixində ən böyük məbləğdir. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir

1995-ci ildə pensiyaya çıxan 80 yaşlı müəllim danışır ki, o, uduşlu bileti təsadüfən yerli yanacaqdoldurma məntəqəsində 10 dollara alıb: "Mən arvadımla seçki günü səsvermədə iştirakdan sonra nahar etmək üçün Midltauna gedirdik, lakin hava şəraiti bizi planlarımızı dəyişməyə vadar etdi”.

Biletin uduşlu olmasından pensiyaçı yalnız ertəsi günü xəbər tutub.

Keçmiş məktəb direktoru və arvadı 130 milyondan artıq məbləğdə çek alıblar. Vergilərin tutulmasından sonra onlara məhz bu məbləğ qalıb.

Pensiyaçı udduğu pulları ailəsinə sərf etməyi planlaşdırır. Həmçinin o, yerli cəmiyyətin inkişafına vəsait qoymaq niyyətindədir.

“Mega Millions” lotereyasının biletləri ABŞ-da 1996-cı ildən satılır. Ölkə tarixində ən iri Cek Pot məhz bu lotereyaya məxsusdur. 2012-ci ildə onun məbləği 656 milyon dollar təşkil etmişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2352473.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR