"Təmiz Şəhər" zavodlara turlar təşkil edir

"Təmiz Şəhər" zavodlara turlar təşkil edir
10:48 13 Yanvar 2015
220 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

2014-cü ildə “Təmiz Şəhər” ASC əhalini məlumatlandırmaq məqsədi ilə tabeliyindəki zavodlara 26 məlumat turu təşkil edib.

ASC-dən Trend-ə verilən məlumata görə, turlar zamanı ümumilikdə 800-ə yaxın qonaq Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu və Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna olub.

Məlumatlandırıcı səfərlərdə universitetlərin müəllim və tələbə kollektivləri, Qeyri Hökumət Təşkilatları nümayəndələri, media işçiləri və tullantıların çeşidlənməsi ilə maraqlanan digər şəxslər iştirak edib. “Təmiz Şəhər” ASC-in mütəxəssisləri qonaqlara zavodların fəaliyyəti barədə ətraflı məlumatlar verib, onlara informativ videolar və çap materialları göstərilib. İştirakçılara zavodların işi əyani olaraq nümayiş etdirilib.

“Təmiz Şəhər” ASC bu il də ekologiya və tullantıların idarəedilməsi sahəsində maraqlı şəxsləri və qrumları öz müəssisələrinə dəvət edir. ASC ictimaiyyəti maarifləndirmək məqsədi ilə məlumatlandırıcı turlar təşkil edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2352498.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR