Avropa Şurası Ukrayna Təhlükəsizlik Xidmətini həddən artıq güc tətbiq etməkdə ittiham edib

11:02 13 Yanvar 2015
137 Dünya
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 10:57 ]


Bakı - APA. Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları ölkənin şərqində keçirilən əməliyyat zamanı həddən artıq güc tətbiq edirlər.

 

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Avropa Şurasının Avropa İşgəncələr Əleyhinə Komitəsinin hesabatında deyilir.

 

Qeyd olunur ki, şahidlərin əksəriyyəti hüquq-mühafizə orqanlarının saxlanılanlarla korrekt davrandıqlarını bildirib: “Bununla belə, UTX əməkdaşlarının saxlama zamanı həddən artıq güc tətbiq etməsi və dindirmə zamanı pis rəftar etməsi barədə məlumatlar alınıb. Bu üsullar saxlama zamanı əsgərlər tərəfindən də tətbiq olunub”.

 

Sənəddə eyni zamanda Avromaydan hadisələri zamanı OMON tərəfindən də həddən artıq güc tətbiq edildiyi, amma istintaqın bu cür faktları araşdırmaq üçün lazımi səylər göstərmədiyi vurğulanır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368865

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR