Türkiyədə narkotik alverçilərinin tutulması əməliyyatında əcnəbilər də saxlanılıb

Türkiyədə narkotik alverçilərinin tutulması əməliyyatında əcnəbilər də saxlanılıb
11:28 13 Yanvar 2015
156 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

İstanbulda narkodilerlərin tutulması üzrə xüsusi əməliyyat keçirilir. Bu barədə Trend çərşənbə axşamı “Haber7” telekanalına istinadən xəbər verir.

Xüsusi əməliyyat on ünvan üzrə aparılır, artıq 25-dən artıq insan saxlanılıb.

Saxlanılanlar arasında xarici ölkələrin vətəndaşları da var. Telekanal həmin ölkələrin adlarını açıqlamır.

Bir müddət əvvəl Baş nazir Əhməd Davudoğlu ölkədə narkotiklərlə mübarizənni gücləndiriləcəyini bəyan etmişdi.

Onun sözlərinə görə, narkomaniya Türkiyənin problemlərindən biridir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2352503.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR