Əzrayılın dolaşdığı küçə (VİDEO)

Əzrayılın dolaşdığı küçə (VİDEO)
11:36 13 Yanvar 2015
203 Sosial
Ölkə mətbuatı
A- A+

İzlədiyiniz bu qəza Bakının Nərimanov rayonu ərazisində qeydə alınıb. Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində bu cür qəzalar tez-tez baş verir. Səbəb isə odur ki, sürücülər yolayrıcını keçmə qaydalarına əməl etmirlər. Yəni, kim necə istəyir elə də sürür və axırda da bu cür maraqlı videolar yaranır.

ANS PRESS-in avtosfer.az-a istinadən verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu qəza görüntüsündən aydın olur ki, hadisəyə səbəb yolayrıcının keçmə qaydasının pozulmasıdır.

Ağ rəngli "Ford" markalı avtomobil Koroğlu Rəhimov küçəsi ilə hərəkət edərkən Həsən Əliyev küçəsi ilə kəsişmədə qəflətən sola dönməyə çalışır. Yəni, qarşıdan gələn avtomobili gözləmədən birbaşa onun yoluna çıxır. Bu anda "Mersedes"lə toqquşma baş verir və hər iki sürücü xəsarət alır. Əslində isə bu vəziyyətdə ağ rəngli avtomobil sola dönərkən sağdan gələn "Mersedes"i gözləməli idi.



Qeyd edək ki, bu yol nəqliyyat hadisələrinin baş verdiyi ərazi Prezident iqamətgahının qarşısıdır. Gördüyünüz yol qəzalarının baş verməsinin bir səbəbi var ki, o da həmin ərazidə, yəni kəsişən yolda yol hərəkətinin düzgün nizamlanmamasıdır. Belə ki, Koroğlüu Rəhimov küçəsi ilə hərəkət edərkən yol kəsişməsində bəzi sürücülər sola, yəni, Həsən Əliyev küçəsinə küçəsinə dönürlər. Bu zaman Prezident iqamətgahı tərəfdən düzünə şərəkət edən nəqliyyat vasitələri ilə toqquşmalar baş verir. Orada dönmə əməliyyatı aparmağa icazə verilib-verilməməsi başqa məsələdir. Əsas odur ki, bunu qadağan edən yol nişanları düzgün tətbiq edilmir. Burada yalnız svetaforla tənzimlənən yolda bəzi sürücülər məsuliyyətsizlik edirlər. Bu da yenə yol nişanlarının və ya nişanlanma xətlərinin düzgün tətbiq olunmaması ilə bağlıdır. Qəzaya uğrayan, daha doğrusu, sola dönərək qəza şəraiti yaradan sürücülər isə bunu yadda saxlamalıdırlar ki, istənilən halda dönmə əməliyyatı aparılarkən üstünlük nişanı yoxdursa, sağdan şərəkət edən nəqliyyat vasitəsinə yol vermək lazımdır. Bunun üçün akademiya oxumaq lazım deyil. Yol polisi isə həmin ərazidəki problemi, yəni, qəzaların baş verməməsini həll etmək üçün yol nişanlarının və nişanlanma xətlərinin təkmilləşdirilməsinə çalışmalıdır. Çünki bu cür problemlər Bakının müxtəlif yerlərində mövcuddur. Və hər gün də bu videomateraldan göründüyü kimi, yol polisinin gözü qarşısında bu cür ağır qəzalar baş verir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=31&nid=319375

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR