Saatlıda müəmmalı yanğın: qızıllar hanı?

Saatlıda müəmmalı yanğın: qızıllar hanı?
11:37 13 Yanvar 2015
229 Digər
Ölkə mətbuatı
A- A+

Saatlı şəhərində yaşayan Qarayevlər ailəsinə məxsus evdə yanğın olub.

Milli.Az El Tv-yə (Region Tv) istinadən xəbər verir ki, hadisə zamanı 3-otaqlı evin bir otağı tamamilə yanıb. Saatlı Rayon Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi alovun digər otaqlara keçməsinin qarşısını alıb. Yanğının baş verməsinin səbəblərinə gəldikdə isə ev sahibi Adil Qarayev hadisənin qəsdən törədildiyini ehtimal edir:

"Evi yandırıblar. Mənim keçmiş yeznəm var. 7  il əvvəl qızımı aparıb, 2 aydır boşayıb. Gündə bizi narahat edir, daş atır, kağız yazıb atır. Evdə qızın, gəlinin qızılları var idi. Onlar yoxdur, ortaya çıxmır.  Fakt da göz qabağındadır, haradasa 20 minlik ziyan dəyib”.

Ev sahibləri yanğın zamanı mənzildə yoxa çıxan, gəlinlərinə məxsus qızıl-zinət əşyalarının da keçmiş kürəkənləri tərəfindən oğurlandığını iddia edirlər. Hazırda hadisənin baş vermə səbəbləri aidiyyatı qurumlar tərəfindən araşdırılır.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/318789.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR