Günay İbrahimli: "Mənim üçün kişinin gözəl olması əsas deyil" - FOTO

Günay İbrahimli: "Mənim üçün kişinin gözəl olması əsas deyil" - FOTO
11:42 13 Yanvar 2015
474 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Günay İbrahimli media nümayəndələri ilə görüşüb.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, 13 yanvarda köhnə Yeni ili jurnalistlərlə birlikdə qeyd etmək istəyən sənətçi onların suallarını cavablandırıb. G.İbrahimli yaradıcılığından və yeni prodüseri Toma Hüseynəliyevadan bəhs edib:
 
“Beş gündür rahatlamışam. İşlər o qədər çox olurdu ki, çatdıra bilmirdim. Artıq bir çox şeydən xəbərim olmur, heç nəyə əsəb keçirmirəm. Eltonla (müğənni Elton Hüseynəliyev – red.) Moskvada idim. Mənə dedi ki, Toma artıq işləməyə başlayıb. Mənim də fikrimdə yeni prodüser tapmaq var idi. Ancaq klip, mahnı təqdim etməkdən artıq bezmişdim. Yeniliklər, layihələr eləmək istəyirəm. Bunu həyata keçirmək üçün mənim yanımda gərək güclü insanlar olsunlar. İnanıram ki, Toma ilə bunların hamısını edəcəm. Bu il Heydər Əliyev Sarayında konsert verəcəm, albom çıxaracam. Çoxlu mahnılarım var. Ola bilsin, iki albom çıxartdım. Duetlərdən ibarət bir layihəm var”.
 
Yeni prodüserinin ünvanına təriflər yağdıran G.İbrahimli işbirliyinə son qoyduğu köməkçisi Sevinc Hüseynovadan ayrılma səbəbini də açıqlayıb:
 
“Toma işinin peşəkarıdır. O, işi ilə ailəsini qarışdırmır. Hətta o gün bir mahnı göstərdi. Dedim, yəqin, bunu Elton oxuyar, söylədi, xeyr, Elton mənim həyat yoldaşımdır. Amma sən mənim adımsan, bu mahnını sən oxuyacaqsan. Sevincdən küsməmişəm. Sadəcə, zəng etdim, telefonuna zəng çatmadı. Yazıb bildirdim ki, artıq onunla çalışmaq istəmirəm”.
 
ATV-də yayımlanan “Kimdir nömrə 1?” yarışmasından ayrıldıqdan sonra oradakı iştirakçılarla aralarındakı narazılığa son qoyan sənətçi “Hamısı ilə münasibətim çox gözəldir, hər biri ilə əlaqəm indi də var. Hətta bu yaxınlarda bir çox Yeni il çəkilişində bir olduq”, - deyə bildirib.

Bir müddət əvvəl sevgilisi olduğunu etiraf edən G.İbrahimli hazırda heç kimi sevmədiyini deyib:
 
“Ailə də olacaq, övlad da... Amma indi ürəyim boşdur. Bu gün üçün mənə əsas olan sənətimdir. Ağ atlı igidi gözləyirəm. Hündürboy, qaraşın oğlanları sevirəm. Mənim üçün bir kişidə ən önəmlisi fərasətli olmasıdır, gözəllik əsas deyil. Bəzən sevəndə çirkin adam da sənin gözünə gözəl görünür”.

Milli.Az













Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/318781.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR