Ərdoğan Qərbi müsəlmanlara münasibətdə ikiüzlülükdə günahlandırır

Ərdoğan Qərbi müsəlmanlara münasibətdə ikiüzlülükdə günahlandırır
11:52 13 Yanvar 2015
120 Dünya
Ölkə mətbuatı
A- A+

Qərbin ikiüzlülüyü hamıya məlumdur: müsəlmanlar terrorizmə qarşı çıxış etdikdə Qərb ölkələrində məscidlərə hücumlar davam edir.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Bu barədə Trend çərşənbə axşamı “Milliyet” qəzetinə istinadən xəbər verir.

Dövlət başçısının sözlərinə görə, məscidlərə hücumların arxasında islamofobiya və dini dözümsüzlük dayanır.

Ərdoğan qeyd edib ki, müsəlmanların Qərbdə terrorizmin qurbanlarını dəstəklədikləri kimi, Qərb də məscidlərə hücumlara qarşı çıxış etməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR