İslama qarşı çıxanlarla demokratlar toqquşdular - FOTO

İslama qarşı çıxanlarla demokratlar toqquşdular - FOTO
11:52 13 Yanvar 2015
152 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyada ölkənin və Avropanın islamlaşmasına qarşı çıxanlarla bu adamları ifrat mühafizəkar, irqçi və antiislamçı sayanlar arasındakı narazılıqlar qarşıdurmalar həddinə çatıb.
 
Parisdəki "Charlie Hebdo" satirik jurnalına qarşı qanlı teraktı qətiyyətlə pisləyən 40 min alman Drezden şəhərində yürüş edib. Onlar baş nazir Angela Merkeldən və ölkənin hakimiyyət dairələrindən "Almaniyanın islamlaşmasına qarşı təxirəsalınmaz, təcili və sərt tədbirlərin görülməsini" tələb ediblər.
 
PEGİDA ("Qərbin islamlaşmasına qarşı vətənpərvər avropalılar", Patriotic Europeans Against Islamisation of the West) anti-islam hərəkatının təşkilatçılığı ilə keçirilən yürüşdə iştirakçılar Almaniyaya müsəlman mühacirlərin axınının məhdudlaşdırılmasını da tələb ediblər.
Analoji yürüşlər Hannover, Leypsiq, Düsseldorf və Berlin şəhərlərində də keçirilib.
 
Milli.Az ARD-yə istinadən bildirir ki, Drezden şəhərində PEGİDA-ya qarşı yürüş də baş tutub. Yürüşün təşkilatçıları Saksoniya federal əyalətinin baş naziri Stanislav Tillix və Drezden şəhərinin ober-burqomistri Helma Oroş idilər.
 
Spiegel bildirir ki, Tillix deyib: "Ölkədə əcnəbi nə varsa, hər şeyə qarşı çıxan, əcnəbilərlə bağlı qorxular yaratmağa çalışan, qaçqınlara və sığınacaq axtaranlara qarşı düşmən mövqe tutanlarla normal dialoq aparmaq mümkün deyil. Biz azadlığı sevirik, demokratıq, tolerantıq, həmrəyik".
 
PEGİDA-ya qarşı yürüşə çıxanlar "Charlie Hebdo"dakı terakt qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər.
 
Milli.Az


 
















Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318748.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR