Serbiya həlli uzanan münaqişələrlə bağlı planını açıqlayacaq

11:57 13 Yanvar 2015
135 Dünya
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 11:55 ]

Bakı. Məlahət Nəcəfova - APA. ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya xarici işlər naziri İvika Daçiş sədrlik dövründə ölkəsinin həlli uzanan münaqişələrlə bağlı planını açıqlayacaq.

APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İ. Daçiş bildirib ki, Serbiya münaqişədən çıxmış və demokratiyaya keçid almış ölkə kimi bu sahədə öz təcrübəsini ortaya qoyacaq.

 

 

O, yanvarın 15-də Vyanada ATƏT Daimi Şurasında çıxışı zamanı ölkəsinin ATƏT-ə sədrlik dövründə prioritetlərini açıqlayacaq.

 

İ. Daçiş həmçnin Ukraynadakı böhranın həlli istiqamətində səylər göstərəcək.

 

Qeyd edək ki, Serbiyanın ATƏT-ə sədrliyi yanvarın 1-dən başlayıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368872

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR