"Övladlarıma görə sənəti də ataram"

"Övladlarıma görə sənəti də ataram"
12:05 13 Yanvar 2015
203 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Könül Kərimova övladlarından ötrü sənətini belə ata biləcəyini deyib.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, “Gündəlik” verilişinin qonağı olan ifaçı oğlunu qızından daha çox istədiyini də etiraf edib:
 
“Ana övladından ötrü hər şeydən keçməlidir. Oğlumu qızımdan çox istəyirəm. Onsuz bayramı necə keçirdim, bilmədim. Övlad xətrinə hər şeydən keçməyə gücüm var. Hətta bu, sənət də ola bilər. Amma uşaqlarım sənətimə hörmət ediblər. Əgər müğənni olmasaydım, çox məşhur aşpaz olardım. Bir də bəzək-düzəyi çox sevirəm. Saç düzümüm, makiyajım hər zaman özümə aiddir. Ən yaxşı vizajistlər belə mənim stilimi bilmirlər. Təkcə Anar Ağakişiyevdən razıyam. Ondan öyrəndim. Başqaları hamıya eyni tərzdə makiyaj edirlər. Ona görə də heç birinə arxayın olmuram”.

Qeyd edək ki, Könül Kərimovanın oğlu hərbi xidmətdədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/318782.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR