Avtobusda gedişhaqqı artır?

Avtobusda gedişhaqqı artır?
12:05 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Benzinin qiymətindəki artım sərnişindaşımaya təsir edə bilər

Ölkədə benzin və dizelin qiymətinin artımı nəqliyyatda, sərnişindaşımada qiymətlərin artacağı ehtimalını yaradıb. Xüsusilə, taksi və avtobusların sərnişindaşıma qiymətlərində bahalaşma olacağı gözlənilir.

Bir müddət öncə isə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov qiymətlərlə bağlı Tarif Şurasına rəsmi müraciət edəcəklərini bildirmişdi. O, Bakıda sərnişindaşıma ilə məşğul olacaq nəqliyyat vasitələrində gediş haqqının artacağı ehtimalını istisna etməmişdi.

Hazırda yaranmış bu vəziyyət isə gediş haqqında artım olacağı ilə bağlı söz-söhbətlərin yaranmasına səbəb olub.

Tarif Şurasından anspress-ə verilən məlumata görə, sərnişindaşımada qiymətlərin artırılması ilə bağlı quruma müraciət daxil olmayıb.

Bildirilib ki, 2015-ci ilədək illik yol vergisini fiziki şəxslər avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə texniki baxışdan keçən zaman, hüquqi şəxslər isə balanslarında olan avtonəqliyyat vasitələrinə görə vergi orqanlarına müvafiq bəyannamə təqdim etməklə dövlət büdcəsinə ödəyirdilər. Bu zaman hüquqi və fiziki şəxslər tərəfindən istismara yarasız avtonəqliyyat vasitələrinə görə də onların avtomobil yollarından istifadə edib-etməmələrindən asılı olmayaraq yol vergisi ödənilirdi.

Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə edilməklə yol vergisinin tətbiqi nəzərdə tutulub. Yəni, sadə dillə desək yol vergisinin ödənilmə mexanizmində dəyişiklik edilib. Əvvəllər sürücülər nəqliyyat vasitəsini texniki baxışdan keçirilərkən birdəfəlik ödədikləri vəsaiti indi hissə-hissə ödəyəcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/318800.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR