Kuba bütün dissidentləri azadlığa buraxıb

Kuba bütün dissidentləri azadlığa buraxıb
12:09 13 Yanvar 2015
151 Dünya
Ölkə mətbuatı
A- A+

Kuba hökuməti ABŞ-ın siyahısında olan bütün dissident məhbusları həbsdən azad edib.

 

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Kuba hökuməti ölkə həbsxanalarında olan 53 dissidenti azadlığa buraxıb və bu barədə Vaşinqtonu məlumatlandırıb.

 

Bu addım ABŞ-la diplomatik əlaqələrin bərpası haqda bu yaxınlarda əldə olunan razılığa əsasən atılıb. Həbsdən buraxılanların arasında “Amnesty İnternational” təşkilatının “vicdan məhbusu” saydığı tanınmış fəallar, mədəniyyət xadimləri də var. Hüquq müdafiəçiləri həmin şəxsləri siyasi məhbus saysa da, Kuba hakimiyyəti onların müxtəlif qanun pozuntuları əsasında həbs olunduğunu bildirirdi.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190182

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR