Azərbaycan təhsilində YENİLİK olacaq

Azərbaycan təhsilində YENİLİK olacaq
12:09 13 Yanvar 2015
190 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda təhsil müəssisələrində mövcud infrastruktur əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sərbəst hərəkətləri üçün uyğunlaşdırılacaq. Lent.az-ın məlumatına görə, bu, "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair" Milli Fəaliyyət Proqramında öz əksini tapıb. Həmin şəxslərin təhsilində elektron təhsil texnologiyaları tətbiq ediləcək.

Sağlamlıq imkanları məhdud uşaqların və gənclərin təhsilinin təşkili formalarının təkmilləşdirilməsi, onların inkluziv təhsilə (məktəbəqədər, ibtidai, orta, texniki, peşə və ali təhsilə) cəlb olunması üçün lazım olan şərait yaradılacaq

Bütün bunların həlli müvafiq nazirliklərə tapşırılıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190180

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR