Dekabrda Azərbaycanın dövlət sərhədini pozmuş 35 nəfər saxlanılıb

Dekabrda Azərbaycanın dövlət sərhədini pozmuş 35 nəfər saxlanılıb
12:12 13 Yanvar 2015
196 Sosial
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 12:08 ]


Bakı. Rəşad Süleymanov – APA. Ötən ilin dekabr ayında Azərbaycan sərhədçiləri tərəfindən dövlət sərhədini pozduqlarına görə 28 halda 35 nəfər saxlanılıb.

 

Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

 

Saxlanılanların 20 nəfəri Azərbaycan, 3 nəfəri İran, 3 nəfəri Türkiyə, 3 nəfəri Qırğızıstan, 2 nəfəri Özbəkistan, hər ölkədən bir nəfər olmaqla Qazaxıstan, Rusiya, Gürcüstan və Moldova vətəndaşı olub.

 

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 5 halda 9 nəfər, Xəzər dənizində 6 halda 9 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

 

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 252 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

 

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 16 halda 28 kiloqram 215 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Dekabr ayının 6-da Biləsuvar rayonunun Biləsuvar kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində «VAZ-2106» markalı Az 44-BN-668 dövlət qeydiyyat nömrəli avtomobildə Lənkəran rayon sakinləri, 1970-ci il təvəllüdlü Hüseynov Fuad İsmayıl oğlu və 1978-ci il təvəllüdlü Bağırov İlqar Qurban oğlu saxlanılıblar. Avtomobilə baxış zamanı 10 kiloqram tiryək, 1 kiloqram heroin aşkar olunub. Dekabr ayının 14-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 1 ədəd sahibsiz kisədə 7 kiloqram 800 qram marixuana aşkarlanaraq götürülüb. Dekabr ayının 7-də İrandan Azərbaycana gələrkən «Astara» sərhəd nəzarəti məntəqəsində Lənkəran rayon sakini, 1992-ci il təvəllüdlü Qurbanov Emin Tofiq oğlunun bədəninin daxili orqanında gizlətdiyi 111 qram heroin, dekabrın 9-da İrandan Azərbaycana gələrkən «Biləsuvar» sərhəd nəzarəti məntəqəsində Salyan rayon sakinləri, 1983-cü il təvəllüdlü Şahsuvarova Səyyarə Elxan qızının bədə­ninin daxili orqanında gizlətdiyi 180 qram heroin, 1959-cu il təvəllüdlü Şahsuvarova Fəridə Məmməd qızının bədəninin daxili orqanında gizlətdiyi 259 qram heroin, Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Abdullayev Rasim Elşad oğlunun kəmərinin altında gizlətdiyi 236 qram tiryək aşkar olunaraq götürülüb.

 

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 64 halda ümumi dəyəri təqribən 846 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd TOZ-8 markalı tüfəng, 6 ədəd pnevmatik tapança, 20 ədəd pnevmatik patron, 6 ədəd beşbarmaq, 1 ədəd gecəgörmə cihazı, 180 ədəd qabyuyan maşın, 188 ədəd mobil telefon, 36936 ədəd pirotexniki vasitə, 76 ədəd fişəng, 1392 qutu siqaret, müxtəlif növ dərman preparatları, spirtli içki, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.

 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368875

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR