O, "əsas xidmət deyil, sevgidir" dedi - BAKIDA POLİS FACİƏSİ

O, "əsas xidmət deyil, sevgidir" dedi - BAKIDA POLİS FACİƏSİ
12:12 13 Yanvar 2015
171 Digər
Ölkə mətbuatı
A- A+

Polis vətəndaşları qorumaq üçün dövlətin verdiyi silahı özünə qarşı çevirirsə, bu, etibarı ümidsizliyin üstələməsidir. Silahın təsadüfən və ya qəsdən işə düşməsi önəmli deyil: əsas odur ki, dövlətin ölkədəki sipərlərindən olan polis silahı ilə həyatının sipərini dəlib. Bilərəkdən, ya nagahani - nə fərq edər ki...
Söhbət yeni ilin ilk günlərində Bakıda polis əməkdaşının özünü güllələməsindən gedir. Abşeron rayonu Masazır qəsəbəsi yeni tikili ev 5-də qeydiyatla yaşayan 25 yaşlı Tural Əliyev özünü xidmətdə olan zaman tabel silahı ilə güllələmişdi. Nəsimi Rayon Mühafizə İdarəsində xidmət edən polis serjantı Nəsimi rayonu Həsən Əliyev küçəsi 4 ünvanında yerləşən Heydər Əliyev adına idman kompleksinin arxasında yerləşən sanitar qovşağında özünü tabel silahı ilə güllələyib. Sifətinin sağ almacıq nahiyəsindən güllə yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilən T.Əliyev bir neçə gün əvvəl orada dünyasını dəyişib.

İlkin olaraq T.Əliyevin ehtiyatsızlıqdan özünə xəsarət yetirməsi bildirilsə də, bu versiya özünü doğrultmadı. Mərhum polisin işlədiyi Nəsimi Rayon Mühafizə Polis İdarəsindən Milli.Az-a bildirildi ki, T.Əliyev özünü sevdiyi qıza görə güllələyib.

Milli.Az-ın "Polis niyə özünü öldürüb?" sualına isə Nəsimi Rayon Prokurorluğu cavab verməyib.

Xatırladaq ki, bir neçə ay əvvəl Bakıda polis əməkdaşlarından birinin avtomobildə sükan arxasında oturaraq sevgilisi, daha doğrusu, onun sevgisini yerə vurmuş qızla telefon danışığının videosu yayılmışdı. Kövrələn, göz yaşları içində danışan polisin bu videosu sosial şəbəkələrdə populyarlaşandan sonra həmin asayiş keşikçisi işindən kənarlaşdırılmışdı.

Anar Məmmədov
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/318795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR